

Su ehtiyatlarının azalması ölkələr arasında münaqişə risklərini artırır
Hollivud təbəssümünə malik olmamaq sağlam olmayan dişlər mənasına gəlmir
Artıq çəki istəməyənlərə məsləhət...
Qiyməti baha, keyfiyyəti aşağı
Polifenolların faydaları təsdiq olundu
Tibdə möhtəşəm inqilab
Virus orqanizmin mikroblarla mübarizəsinə mane olur
«Suvarmada israfçılıq halları çoxdur və bu hələ də primitiv üsulla aparılır»
Meyvə çayları və əlavə təm verilmiş su növləri kimi turş tərkibli içkilər dişin yeyilməsinə səbəb ola bilər, yeni elmi tədqiqatın nəticələrində göstərilir. Onun yekunları Britaniyanın «British Dental Journal» dərgisində dərc olunub.
Tədqiqatçılara əsasən, xüsusən də yeməklər arasında içilən turşulu içkilərə görə dişdə eroziya əmələ gələ bilər.
Alimlər hesab edir ki, yeməklər arasında qəlyanaltı edənlərin sayı artdıqca bu problem daha da kəskinləşir.
«King's College London» Universitetinin keçirdiyi araşdırmada diş eroziyasından əziyyət çəkən 300 pasient iştirak edib.
Alimlər meyvə şirələri, diet, şəkərli və təmli içkilərin tərkibində turşunun olduğunu bildirirlər.
Belə mayeləri ağızda mümkün qədər az saxlamaqla içmək tövsiyə olunur.
«Qəlyanaltı edərək bir alma yeyəcəksinizsə, həmin axşam tərkibində turşu olan başqa bir şey yeməməyə çalışın», - araşdırmanın müəllifi dr. Suirse O'Tule (Saoirse O'Toole) deyir.
«Əgər axşam bir badə şərab içəcəksinizsə, onda səhər meyvə çayından imtina edin.
Sadəcə qidalanmada balans saxlayın».
Tərkibində turşu olan içkilər hansılardır?
Alkoqol
Meyvə çayları
Dad əlavə edilmiş su
Meyvə şirələri
Diet içkiləri
Şəkərli içkilər
Tərkibində turşu olmayan içkilər hansılardı?
Su
Çay
Qəhvə
Süd
Qazlı su