11:22 | 17 iyun 2018 | Bazar
Məqaləyə 2845 dəfə baxılıb
Şriftin ölçüsü
Məmmədxanovlar ailəsində sevinc
Anar Məmmədxanovun qızı məşhur iş adamının oğlu ilə ailə həyatı qurdu
Dünən “Bakılı oğlanlar” komandasının kapitanı, mərhum millət vəkili Anar Məmmədxanovun qızı Məryəmin toyu olub.
Məryəm Məmmədxanovanın toyu “Buta Palace”da keçirilib. O, Gəncə Aviasiya Təmiri zavodunun direktoru Hacı Etibar Həsənovun oğlu Orxanla ailə qurur.
Məclisin aparıcısı Xalq artisti Murad Dadaşovdur. Toya gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze və başqa xarici sənətçilər dəvət olunub.
Qeyd edək ki, Məryəm Məmmədxanova bu il Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq Münasibətlər fakültəsini bitirib.
Vaxt.az ailə həyatı quran cütlüyü təbrik edir, onlara uzun və xoşbəxt ömür arzulayır.