vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
11:39 | 9 avqust 2018 | Cümə axşamı Məqaləyə 5815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan ordusu mayorunu itirdi

Maşını dərəyə aşıran Qriqoryan öldü

Ermənistanın Lori vilayətində bu gün səhər saatlarında hərbçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, səhər saat 07.50 radələrində Araqatson vilayətinin Kuçak kəndinin sakini Artak Qriqoryan idarə etdiyi “Mercedes” avtomobili ilə İrəvan-Vanadzor yolunda hərəkətdə olarkən Spitak döngəsində idarəetməni itirib, avtomobil yolun qarşı hərəkət zolağına çıxıb, dəmir maneəyə çırpılıb və daha sonra dərəyə aşıb. Sürücü hadisə yerində ölüb, onun meyitini xilasedicilər çıxarıblar. Hadisə yerinə Yol polisinin əməkdaşları və Hərbi polisin operativ qrupu gəlib. Sürücü-mayor Artak Qriqoryan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində avto-texniki hissənin rəisi olub.