vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 28 noyabr 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ŞOU BİZNES  
20:30 | 13 fevral 2019 | Çərşənbə Məqaləyə 1985 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Londonda BAFTA, ...

Los-Ancelesdə “Qremmi”...

İLONA

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 10-dan 11-nə keçən gecə incəsənət aləminin iki nüfuzlu müsabiqəsinin – BAFTA kino mükafatının və “Qremmi” musiqi mükafatının növbəti qalibləri elan edilib.

Britaniya Film və Televiziya Sənətləri Akademiyası – BAFTA mükafatının 72-ci mövsümdə əsas nominasiyaları üzrə qaliblərin adları Londonda açıqlanıb.

Meksikalı rejissor Alfons Kuaronun ekranlaşdırdığı “Roma” dramı “Ən yaxşı film” kateqoriyasında birinci olub. Bundan əlavə, Kuaron “Ən yaxşı rejissor işi” nominasiyası üzrə də qalib gəlib.

Ən yaxşı Britaniya filmi kimi mükafatı rejissor Yorqos Lantimosun lentə aldığı “Sevimli” tarixi filmi qazanıb. Filmdəki rollarına görə aktrisalar Oliviya Kolman və Reyçel Vays “Ən yaxşı qadın rolu” və “İkinci planda ən yaxşı qadın rolu” nominasiyalarında qalib gəliblər.

Mükafatın “Ən yaxşı kişi rolu” nominasiyasını “Bohem rapsodiyası” bioqrafik filmində Freddi Merkürini canlandıran Rami Malek qazanıb.


* * *


ABŞ-ın Los-Anceles şəhərində isə 61-ci “Qremmi” mükafatının təqdimetmə mərasimi keçirilib.

Amerika Sənət və Səsyazma Akademiyasının mükafatlarının qalibləri CBS telekanalında canlı yayımlanan mərasimdə elan olunub.

“This is America” bəstəsi “İlin mahnısı” nominasiyasında “Qremmi” mükafatına layiq görülüb. Mahnı “Childish Gambino” kimi tanınan amerikalı Donald Qlover tərəfindən ifa olunur. Bu nominasiyada mükafat kompozisiya müəllifinə də təqdim olunur. Bu, Donald Qloverlə yanaşı, isveçli bəstəkar Lüdviq Qörensen və daha çox Yanq Taq kimi tanınan amerikalı Ceffri Lamar Uilyamsdır.

Mükafatın “Ən yaxşı albom” nominasiyasının qalibi amerikalı Keysi Masqreyvs (“Golden Hour” albomu) olub.