
“Rusiyadan neft almayın”
Trampdan Avropaya çağırış
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin son addımları Kremli narahat etməyə bilməz. Nazarbayev sözdə Rusiyanı müttəfiq dövlət adlandırır, ancaq son vaxtlar əlindən gələni edir ki, bu dövlətdən asılı olmasın. Doğru da edir. Rusiya ilə müttəfiqlik kimə xeyir gətirib ki? Nazarbayev son çıxışlarında türkçülükdən və türk etnosunun böyüklüyündən çox danışır, gənclərə bununla bağlı öyüd-nəsihət verir. Nazarbayev sanki bununla əlaqədar bir neçə il əvvəl “vaxtilə Qazaxıstan adlı dövlət olmayıb” deyən rusiyalı həmkarı Putinə mesaj göndərir ki, “biz böyük xalqıq və qazax türkləri ilə hesablaşmalısan”.
Qazaxıstanın şimalında rusların sayı çoxdur. Nazarbayev son illərdə həmin bölgələrdə qazaxların artımına ciddi diqqət yetirir. Üstəgəl Nazarbayevin bugünlərdə hökuməti istefaya göndərməsi də Kremldə bu sualı gündəmə gətirib: “Nazarbayev nə etmək istəyir, beynindəki plan nədən ibarətdir?”. Məsələ burasındadır ki, yaşlı Nazarbayev özünə varis seçməlidir və Kreml ehtiyat edir ki, bu seçim Rusiyanın maraqlarına uyğun olmaya da bilər. Nazarbayevin son qərarı da diqqəti çəkir. Qazaxıstan milli pul vahidinin üzərindən rus dilindəki yazılar çıxarılıb. O biri tərəfdən Nazarbayev dönə-dönə deyir ki, qazaxlar 3 dildə danışmağı bacarmalıdırlar: qazax, rus və ingilis. Halbuki, əvvəllər yalnız iki dilin vacibliyindən danışılırdı. Nazarbayev hökumətin və parlamentin iclaslarının qazax dilində aparılması tələbini də qoyub. Bir sözlə Nazarbayevin başçılığı ilə Qazaxıstanda milli oyanış prosesi gedir.