vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
12:15 | 16 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 2705 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zəifləyən rəhbərin “ev tapşırığı”

Yaxud geosiyasi tələyə düşməkdən qaçmalıyıq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan sərhədçisi ilə bağlı insidenti müzakirə edərkən aşağıdakı məqamlar və ümumi kontekst də mütləq nəzərə alınmalıdır:

1. Hazırda Gürcüstanda daxili siyasi mühit gərgin olaraq qalır və ölkənin qeyri-rəsmi rəhbəri Bidzina İvanişvilinin mövqelərini getdikcə zəiflədir. Rusiyalı deputatlarla bağlı etirazlara laqeyd qala bilməyən Moskva eyni zamanda İvanişvilinin də çox zərbə almasında maraqlı deyil. Məhz buna görə Tiflisə qarşı iqtisadi sanksiyalar tətbiq edilmədi. Bu vəziyyətdə prezident Zurabaşvili də daxil olmaqla İvanişvili komandasını xilas etmək, həm də öz simasını saxlamaq Kremlin əsas vəzifələrindən sayılır. Bunun ən yaxşı üsullarından biri daxili siyasi diskursu dəyişmək, ictimai diqqəti, vətəndaşları siyasi gündəlikdən yayındırmaqdır. Həmçinin İvanişvili komandasına xal qazandırmaqdır. Bunun ən optimal yolu isə Keşikçidağ məsələləsini yenidən aktuallaşdırmaqdır.

2. Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli görüşü dünən baş tutub. Üçtərəfli formatda görüşlər, hərbi təlimlər Rusiya tərəfindən ABŞ və NATO-nun layihəsi kimi nəzərdən keçirilir. Tiflisin Türkiyə və Azərbaycanla hərbi-siyasi müstəvidə əməkdaşlığı dərinləşdirməkdən çəkindirmək də Rusiyanın Cənubi Qafqazda əsas geosiyasi ev tapşırıqlarından biridir. Azərbaycanla ərazi mübahisələrinin qabardılması Türkiyə ilə münasibətləri də zərbə altında qoyacaq. Bir az əvvəl isə Rusiya TV-ləri Batumi və digər turist zonalarının guya türklər tərəfindən alınaraq zəbt edilməsi barədə intensiv təbliğat aparırdılar.

3. Gürcüstanla bağlı proseslər iyunun birinci yarısında bu ölkənin baş naziri Mamuka Baxtadzenin ABŞ-a səfərindən sonra başladı. ABŞ rəsmiləri faktiki olaraq Tiflisdən Anakliya limanının tikintisini dəstəkləməyi ultimativ şəkildə tələb etdilər. Bundan sonra hökumət bəyan etdi ki, limanın tikilməsi ilə bağlı konsorsiuma maliyyə öhdəliklərinin icrası ilə əlaqədar güzəşt edəcək. Halbuki, az əvvəl konsorsiumla müqavilənin pozulması gündəliyə gəlmişdi. Rusiya XİN rəsmisi Karasin isə bildirmişdi ki, ABŞ bütün qırmızı xətləri keçir. Çünki Vaşinqtonda açıq bəyan etmişdilər ki, Tiflisin NATO yolunu açmağa çalışırlar. Bu hadisələrin ardından Gürcüstanda daxili siyasi proseslər gərginləşdi və İvanişvili iqtidarı üçün real təhdidlər yaranıb. İndi Moskvanın əsas vəzifəsi 4 ilə əvvəl Moldovada olduğu kimi İvanişvilini qorumaq və zaman udmaqdır. Bunun da əsa yolu milli hissləri körükləmək, “xarici düşmənə qarşı birləşmək” zərurəti yaratmaqdır.

4. İvanaşvilinin hər zaman əsas vəzifəsi Gürcüstan-Azərbaycan əlaqələrində strateji inkişafı tormozlamaq, müəyyən həddə qədər durdurmaq olub. Azərbaycandan enerji daşıyıcılarının ixracından tutmuş, tranizt razılaşmaları və digər məsələlərdə hər zaman mövcud konsensusu pozmaq, maksimalist mövqe tutulması da bu yanaşmanın təzahürüdür.

5. Azərbaycan təmkinini qorumalıdır. Topxana hadisələri ilə bağlı müqayisə aparmaq olar, amma indi fərqli zamandır, şərtlər fərqlidir. Bu məsələdə hökumətdən çox cəmiyyətimiz, diasporumuz fəal olmalıdır. Amma qurulan tələyə düşməmək şərtilə. Yuxarıda qeyd etdiyim səbəblərdən emosiyalara yol vermək olmaz. Bu addımların əsas məqsədi məhz Azərbaycanı emosional addımlara sövq etməkdir. Bütün strategiya buna hesablanıb. Diqqətli, təmkinli, müdrik və fəal olmağımız gərəkir.