vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏHKƏMƏ, İSTİNTAQ  
23:32 | 30 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 4607 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

On min manat pul, bir təkzib, bir üzr

Baş redaktoru məhkəməyə verən rektorun tələbləri

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla xural.com saytının rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.

Rektor baş redaktordan təkzib, üzr və pul tələb edir. İddia edir ki, Əvəz Zeynallı ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurub.

Məlumata görə, K.Abdulla jurnalistlə yanaşı, işdən çıxardığı müəllimləri də məhkəməyə verib.

Məhkəməyə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və “xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini, Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir.

Mövzu ilə bağlı Əvəz Zeynallı bildirib ki, məsələdən bu gün xəbər tutub: “Hələ iddia ərizəsi ilə tanış olmamışam. Amma təəccüb içindəyəm. Hörmətli Kamal Abdulla belə naşı addımı neçə ata bilər? İnşallah, məhkəmədə üz-üzə gələrik, ona sözümü deyərəm”.

Qeyd edək ki, məhkəmə prosesi avqustun 1-də başlayacaq.

İşə Binəqədi Məhkəməsi baxacaq. (“bakupost”)