vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
“Məsuliyyətsiz yanaşmaya görə …” 18:37 | 1 avqust 2019 | Cümə axşamı Məqaləyə 2239 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Məsuliyyətsiz yanaşmaya görə …”

David Usupaşvili: “… Azərbaycanla münasibətlərimizi korlasaq, hər şeyimizi itirəcəyik”

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstan parlamentinin sabiq spikeri David Usupaşvili ölkə hakimiyyətini Anaklia limanının fəaliyyəti məsələsində “məsuliyyətsiz yanaşmaya” görə tənqid edib.

“Gürcüstan Onlayn” bildirir ki, eks-spiker bu vacib layihənin şəxsi, fərdi, imperial və ya hər hansı bir maliyyə maraqlarının qurbanına çevrildiyini deyib.

David Usupaşvili qeyd edib ki, Keşikçidağ   (David Qareci) monastır kompleksilə əlaqədar vəziyyətin kəskinləşməsi liman məsələsi ilə üzvi surətdə çulğaşır, çünki Azərbaycanla münasibətlərin gərginliyi layihələrin belə tipinin mənasının itməsinə sövq edir.

“Əminəm ki, David Gareci ilə əlaqəli problemlərin mürəkkəbləşməsi bu məsələ ilə sıx əlaqəlidir, Azərbaycanla münasibətlərimizi pisləşdirsək, yalnız Anakli və Poti limanlarını bağlamalı olmayacağıq. Çünki bu cür layihələr yalnız çox vacib yüklərin daşıyıcısı olduğumuz zaman strateji və siyasi əhəmiyyət kəsb edir”, - deyə Usupaşvili vurğulayıb.