vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MƏHKƏMƏ, İSTİNTAQ  
21:35 | 25 aprel 2020 | Şənbə Məqaləyə 14754 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kölgə iqtisadiyyatlı sahibkar

“Jalal-İ” Tədris Mərkəzində 100-ə yaxın qeyri-leqal işçi aşkarlandı, cinayət işi qaldırıldı

Azərbaycanda kölgə iqtisadiyyatı quran və vergidən, sosial ödənişlərdən yayınan sahibkarlara qarşı hüquq-mühafizə orqanları hərəkətə keçib.

Virtualaz.org xəbər verir ki, 100-ə yaxın qeyri-leqal işçi çalışdıran tədris mərkəzinin rəhbərinə qarşı cinayət işi qaldırılıb.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaynar xəttinə “Jalal-İ” Tədris Mərkəzində əmək müqaviləsi bağlanmadan çoxlu sayda işçinin işə cəlb edildiyi, işçilərin əmək haqlarının tam və ya qismən mənimsənildiyi barədə məlumat daxil olub.

Araşdırma zamanı məlum olub ki, həqiqətən “Jalal-İ” tədris mərkəzində 100-ə yaxın işçi ilə heç bir əmək müqaviləsi bağlanmayıb, vergi ödənişlərindən və sosial ödəmələrdən yayınma baş verib. Nəticədə mərkəzin rəhbəri Məhərrəmov Calal Kamal oğlu barəsində cinayət işi qaldırılıb, araşdırma davam edir.

Xatırladaq ki, Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə son dövrlər geniş miqyas alıb. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında sahibkarları ikili mühasibatlıq, əmək müqaviləsi bağlanmadan işçilərin işə cəlb edilməsi kimi neqativ praktikadan əl çəkməyə çağırıb. Prezident vətəndaşlara da çağırış edərək işəgötürənlərdən onlarla əmək müqaviləsi bağlamağı tələb etməyi dəfələrlə bildirib.

İlham Əliyev xatırladıb ki, əmək müqaviləsi olmadan işləyənlər öz hüquqlarının pozulması ilə barışmış olurlar və belələri gələcəkdə əmək pensiyası ala bilməyəcəklər, habelə icbari tibbi sığortadan kənarda qalacaqlar. Dövlət başçısı vətəndaşları işçilərlə əmək müqaviləsi bağlamayan sahibkarlar barədə müvafiq dövlət orqanlarına məlumat verməyə də çağırmışdı və indiki vaxtda vergiləri gizlədən, sosial ödənişləri etməyən belə sahibkarlara qarşı sərt tədbirlərin görüləcəyini bildirmişdi.

“Jalal-İ” Tədris Mərkəzi saytında göstərildiyi kimi, dövlətin özəl sektora dəstəyindən bəhrələnərək yaradılıb və 19 ilə yaxındır fəaliyyət göstərir. Mərkəzdə abituriyent hazırlığı aparılır, xarici dillər, mühasibatlıq, dizayn və s. tədris olunur.