
Türkiyənin artan gücü
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Ermənistan “Turan” ideyasından qorxmamalıdır
Radikal müxalifət, kilsə və bir qrup biznesmenin arxasında bir qüvvə var – Kreml
“5-ci kolon”un neytrallaşdırılması Cənubi Qafqazın gələcəyi baxımından diqqətçəkəndir
Ukrayna hərbi kəşfiyyatı Rusiyanın Ermənistandakı hərbi varlığını artırdığını iddia edir
Rusiya Krım və Rostovdan Gümrüyə əsgər daşıyır
Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
“Bayrağımızla iştirak etdik” deyərək, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdi
Əgər dünyadan geri qalmaq istəmiriksə, ...
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Dilimiz və mədəniyyətimiz yaşamayacaqsa, bu dövlətin varlığı kimə lazımdır?
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
Çipdə zəruri məlumatlar saxlanılacaq
Putin Leinini niyə sevmir?
“Əməkdaşlarını mitinqlərə qatılmağa məcbur edənlər də məhkum ediləcək”
“Subaylıq andı” böhranı – həm insanları, həm də Allahı aldatmaq
Ermənistan ordusunun Tovuz rayonuna atdıqları minaların əksəriyyəti Serbiyadan alınıb, Gürcüstan ərazisindən keçməklə ermənilərə daşınıb. O Serbiyadan ki, daim Azərbaycandan diplomatik, siyasi, iqtisadi, enerjidaşıyıcalır və s. dəstək görüb.
Rusiyanın Balkanlardakı marionetkasına çevrilmiş Serbiya ilə vəziyyət bəlli.
Bəs qonşu, bizə “dost” deyən Gürcüstan? İyul olayları ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatı “yola vermək” prinsipli bir açıqlama idi. Gürcüstan XİN-nin də bəyanatı eynən o ruhda.
Olmaya katsolar bizi o qədər bisavad və korafəhm hesab edirlər ki, onların davranışlarını görmədiyimizi, niyyətlərini anlamadıqlarımızı düşünürlər?
Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyir: Cənubi Osetiya və Abxaziyadakı separatçılarla sıx əlaqələr qurmuş Ermənistandan fərqli olaraq.
Azərbaycan Gürcüstanın sərhədlərini toxunulmaz sayır: Gürcüstanın Samste-Cavaxetiya bölgəsin “qədim erməni torpağı Cavax” adlandıran Ermənistandan fərqli olaraq.
Azərbaycanın investisiyaları, neft və qazı olmazsa, Gürcüstan iqtisadiyyatı çökər.
Ən azı Gürcüstana yollanan azərbaycanlı turistlərin sayını təxminləməyə çalışın.
Bunun müqabilində gürcülərin “David Qareci” adlandırdığı Keşikçidağda sürəkli təxribatlar, Gürcüstandakı soydaşlarımıza yuxarıdan aşağı baxmaq, Tbilisidəki mediada və saytlarda ölkəmizin ünvanına sürəkli lağlağı, sataşmalar və s.
Söhbət gürcü xalqından getmir - xalqlarımız arasında əsrlərdən bəri gələn dostluq telləri var.
Söhbət Gürcüstanın indiki rəhbərliyindən gedir. Burnunun ucundan uzağı görə bilməyən, tamahkarlıq və merkantilizmin əsiri olmuş adamlardan.
Bizim Gürcüstana münasibətimizə baxın – kəndlərimizə atılan minaları ermənilərin niyə aldıqlarını guya qanmayan Tiflisin mövqeyinə nəzər salın…