vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
10:19 | 22 iyul 2020 | Çərşənbə Məqaləyə 12978 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Belə də riyakarlıq olar?

Mətbuat günü cəmiyyətdən gələn siqnal

Natiq MƏMMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 22-də az qala bütün təbriklərdə belə cümlə keçir – “Qələminiz iti olsun”. Soruşmaq olarmı jurnalistin qələmini itiləməkdə məqsədiniz nədir, bu dəfə haranı budamaq istəyirsiniz?

Deyirsiniz, “Sözünüz kəsərli olsun”, soruşmaq olarmı axırıncı dəfə qəzetlə nə vaxt ünsiyyətdə olmusunuz? Oxumusunuz yazmıram ha, məhz ünsiyyətdə olmusunuz?

Zərdabinin varisləriyik – yəni doğurdan hesab edirsiniz ki, bu boyda maklatura Zərdabinin varisi ola bilər?

Bilirsiniz Azərbaycanın ilk qəzetləri necə çıxıb? Milli burjuaziyanın bəzi nümayəndələri - Tağıyev, Muxtarov, Əsədullayevin dəstəyi ilə. Məzmunu və maliyyə qaynağına görə onun adına milli mətbuat deyiblər. Mətbuata dəstək olan milli burjuaziya yoxdursa, Zərdabinin varisi necə ola bilərik?

Deyirsiniz jurnalistlər ev davası edir. Bilirsiniz niyə?

Kabinetlərindən çamadanla pul çıxan rüşvətxor icra başçılarının qabağında jurnalistləri boynubükük bənövşə kimi düzürdülər. Bir vaxtlar... Guya dəyirmi masadır. Hamın gözü qabağında media “kapitanları” (bu ifadədən necə zəhləm gedir) reket mətbuatdan danışıb öz peşələrini aşağılayırdılar. Bilirsiniz niyə?

Elə bilirsiniz indi Zərdabilər yoxdur? Var, amma indi onların başından basırlar, küncə sıxışdırırlar. İndi Zərdabilər “Facebook”da status yazıb gələn “like”ları ilə təsəlli tapırlar. Bilirsiniz niyə?

Çünki sən cəmiyyət öz qəzetinə yiyə durmamısan!!! Heç “Əkinçi”yə də yiyə durmamısan, kişinin qəzeti pulsuzluqdan bağlanıb, o biri səbəblər bekara şeydir. Maarifçilər səni qandırmaq istədi, qanmadın, çünki avam idi, indi özünü qanmazlığa qoymusan.

Bizə deyirsən qələmini itilə, amma öz aranızda “WhatsApp” qruplarında kimlərin statuslarını paylaşıb altından “ə, nətəəər dedi ə” yazan sən deyilsənmi? Belə də riyakarlıq olar?

Mətbuat cəmiyyətdən gələn impulsları hiss etməlidir. Bu yalnız “Facebook”dakı “like”lar deyil.

Bəs nə arzu edirəm? Arzu edirəm ki, ömür vəfa eləsin həmin o “dənə”lərin “nəfər”ə çevrildiyin görə bilim. Arzu edirəm ki, Zərdabinin arzuladığı səviyyədə cəmiyyətin güzgüsü olan qəzeti görə bilim. Arzu edirəm ki, Zərdabinin arzuladığı qəzetdə Şuşadan reportajlar oxuyum, Cıdır düzündən foto-sessiyalara baxım!