
“Oğru kimi qaçacağımı ağlıma gəlməzdi”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Trampdan Putinə “Soyuq müharibə” göndərməsi
Makron Putinin səmimiyyətinə inanmır
Ağ Ev zirvəsindən çıxan 4 əsas nəticə
Zelenski: “Ukrayna sülh yolunda heç vaxt dayanmayacaq”
Tramp Zelenskini Ağ Evin qarşılayıb
Etirazlar Kiyevi qərarını dəyişməyə məcbur etdi
Zelenski sənədi imzaladı
Ukrayna prezidenti Zelenski ABŞ prezidenti Trampla görüşüb
Ukrayna ABŞ-la müdafiə və ticarət sahəsində əməkdaşlıq istəyir
Üç ay əvvəl Oval kabinetdə mübahisələri olmuşdu
ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı yeni saziş müqavilənin detalları məlum oldu
Lukaşenko Zelenskini təhqir edib
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Prezident Tramp Ukraynaya bütün hərbi yardımı dayandırıb
Trampın Zelenski ilə bağlı açıqlaması
Rusiya Ukrayna müharibəsi başladıqdan sonra artıq üçüncü dəfədir ki, Ukrayna Prezidenti humanitar dəstəyinə görə Azərbaycana təşəkkür edir. Dünən Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında V.Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə dövlət başçımıza təşəkkürünü bildirib.
Ukrayna Prezidenti öz “Twitter” hesabında da paylaşım edərək humanitar dəstəyə görə Azərbaycan dövlət başçısına öz təşəkkürünü bildirib. Azərbaycan regionda yeganə ölkələrdəndir ki, savaş başladıqdan bəri Ukrayna Prezidenti 3 dəfə öz sosial media hesabında paylaşım edərək təşəkkürünü bildirib. Bu Azərbaycanın çoxsahəli, müstəqil xarici siyasətinin nəticəsi kimi xarakterizə olunur.
Vladimir Zelenski həmçinin Azərbaycana əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür edib. Ukrayna regionda ərzaq təminatı baxımdan vacib ölkələrdən hesab olunur. Savaş dünya bazarında ərzaq məhsullarının qiymətinin növündən asılı olaraq 8-22 faiz artırıb. Avropada inflyasiya səviyyəsi son 30 ildə ən yüksək səviyyədədir. Təbii ki, bu Azərbaycan daxil olmaqla region ölkələri üçün də idxal inflyasiyası qaçılmazdır. Bu baxımdan, Azərbaycanın Ukraynada əkin üçün yanacaq təminatı həyata keçirməyə hazır olması həmçinin ərzaq istehsalı baxımdan da vacibdir. Ukraynada əkinin bərpa edilməsi və aparılması sözügedən ölkənin yenidən region bazarına öz məhsullarını çıxarmasına imkan yarada bilər.
Bütövlükdə, yeni düzən fonunda regionun geosiyasi və geoiqtisadi xəritəsində dəyişikliklər olur. Bu isə Azərbaycanın dünyadakı mövqeyinin daha da güclənməsi ilə müşahidə edilməkdədir.