vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QƏZA, FACİƏ  
16:18 | 3 aprel 2022 | Bazar Məqaləyə 1800 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir mənzil və iki obyektə ziyan dəyib

Xəstəxanalardakıların əksəriyyəti yanıq xəsarətləri alıb

Aprelin 3-də gecə saatlarında Bakı şəhərinin mərkəzindəki gecə klubunda baş verən partlayış nəticəsində ölən və xəsarət alanlar var. Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir.

“37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.”

Prokurorluq bildirir ki, hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılan qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.

Fövqəladə Hallar Nazirliynin Xilasetmə Xidmətinin məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində dağıntı yarandığı müəyyən olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 24 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

“Xəstəxanalara yerləşdirilən 24 nəfərdən 6 nəfərin vəziyyəti ağır, 12 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil qiymətləndirilir. Xəsarət alanlardan ikisi xarici ölkə (İtaliya və Seneqal) vətəndaşıdır. Seneqal vətəndaşının vəziyyəti ağır qiymətləndirilir”.

TƏBİB-in məlumatına görə, xəstəxanalara yerləşdirilən şəxslərin əksəriyyəti yanıq xəsarətləri alıb.

“Azəriqaz” İstehsalat Birliyi bildirib ki, gecə klubunda propan qaz balonu partlayıb.