
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Aprelin 20-də Bakı Qırğızıstan Prezidenti Sadır Japarovun səfərinə şahidlik etdi, cənab Japarov Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdü və xoş atmosferdə müzakirələr aparıldı.
Japarovun səfərinin hansı hədəflərə hesablandığını təyin etmək üçün bəzi məqamlara diqqət yetirmək lazımdır.
Japarovun Bakıya yol alması qlobal nizamda özünə həlledici mövqe tutmağa çalışan Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi baxımından önəmlidir, hərçənd ki, Qırğzıstanın türk dövlətləri içərisindəki potensialı digərlərinə nisbətdə zəifdir.
Ona görə də, zəif nöqtələrin tapılıb boşluqları doldurmaq üçün ikitərəfli münasibətlərə mənaca xeyirli məzmun yükləmək zərurəti yaranır.
Azərbaycan Cənubi Qafqazdakı postmünaqişə reallıqlarında atdığı addımları strateji müttəfiqi Türkiyənin ayaq səsləri ilə uzlaşdırır, eynilə də Ankara analoji mövqedən çıxış edir.
Bu, həm Şuşa Bəyannaməsinin maddələrinin tələblərindən, həm də onun da fövqündə dayanan, lakin açıqlanmayan bəzi məsələlərin tələblərindən irəli gəlir.
Buna görə də, Bakı-Bişkek münasibətlərinin mövcud dünya nizamdakı əlaqələrini Türkiyə-Qırğızıstan amili kontekstində dəyərləndirmək lazımdır.
Türkiyə ilə Qırğızıstan bir neçə il öncə bir-birindən soyuyan siyasətə imza atmışdı, hərçənd ki, bu, iki ölkənin strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələrinə zərbə vurmadı.
Türkiyə regional güc olduğundan Qırğızıstanın təhlükəsizliyinə sərmayə yatırır və bu ölkədə sabitliyin, inkişafın qorunmasında maraqlıdır. Əlaqələrin çərçivəsi siyasi və institusional transformasiya prosesini sürətləndirir, lakin Qırğızıstan Mərkəzi Asiya bölgəsinin “barıt çəlləyi” halına gəlməsindən doğan risklərlə də üz-üzədir.
Hələ gələcək riskləri demirik, mövcud iki münaqişəni xatırladırıq:
1. Qırğızıstan və Tacikistan arasında sərhəd münaqişəsi mövcuddur.
2. Qırğızıstanla Özbəkistan arasında su hövzələri uğrunda mübahisələri var.
Bunlar hər iki ölkəni Rusiyanın orbitinə sıxışdırmağa məcbur etsə də, Ankara regionda öz geosiyasi maraqlarını gücləndirmək əzmini göstərir. Ancaq dediyimiz kimi, Qırğızıstanın yerləşdiyi coğrafiya, Rusiya amili, regionda geosiyasi oyunçuların mövcudluğu Bişkenin Ankaraya münasibətdə xarici siyasət vektorunu tezliklə dəyişdirməyəcək.
Ümumilikdə Mərkəzi Asiyada strateji maraqları olan Türkiyə maksimum dərəcədə perspektiv risklərə qarşı sədd çəkməyə çalışır və Azərbaycanın da prosesdəki siyasi rolunu iqtisadi əsaslarla regiona gətirir (İlham Əliyevlə Sadır Japırovun müzakirələrində iqtisadi məsələlər ön planda olub).
Türkiyənin Qırğızıstandakı iqtisadi enerjisi də artan xətt üzrə gedir, Qırğızıstan Ankara üçün orta dəhliz imkanlarına malik ölkə kimi də əhəmiyyətlidir.
Azərbaycanla Türkiyə bundan sonra Qırğızıstanda qarşılıqlı müştərək iqtisadi maraqlar müəyyən edəcək və iqtisadi-siyasi əsaslarla da TDT-dəki mövqelərini möhkəmləndirəcək.
İlham Əliyev Sadır Japarovla mətbuata bəyanatında deyib ki, həmkarı ilə nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səyləri necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olunub.
Digər mühüm məqam Azərbaycanla Qırğızıstanın Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalamasıdır, bu, münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxaracaq.
Bu sənəd siyasi mövzuları da əhatə edir və gələcəkdə qarşılıqlı dəstək mexanizmlərini formaladırır.
İlham Əliyevin “Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq” deməsi də bu arqumenti gücləndirir.
Nəticədə, TDT ikitərəfli və çoxtərəfli münasibətlər zəminində daha da möhkəmlənəcək, amma Rusiya da Qırğızıstanı öz qabığından çıxarmamağa çalışacaq.