vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ELM-TƏHSİL, DİN  
11:09 | 25 aprel 2022 | Bazar ertəsi Məqaləyə 1542 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təriqət və məzhəb ...

Şəriət, təriqət, həqiqət üçlüyünün qısa və lakonik izahı

Rəsul MİRHƏŞİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir çox hallarda təriqətlə məzhəb termini qarışdırılır və bunların yerini yanlış təqdim edirlər. Məzhəb etiqadda, ibadətlərdə və hüquqda dini əmrlərə istinad edən, həmçinin bəzi əlavələr və rəylər, müqayisələr və fikirləri mövcud olan bir sistemdir.

Əslində, təriqət də etiqad, ibadət və hüquqda başqa bir sistemə sahib deyil. Təriqət qulu Allaha qovuşduran, zövq, nəşə və irfan yoludur. Sufilərə görə, bu yolu tutan adam varlığını Allaha təslim edər, hər şeydə Onun qüdrət və hikmətini görər. Tutduğu yola görə öz müvəqqəti varlığını hər zaman var olan Allahda yox edər. Sufilər hesab edir ki, hər şey Allahdan gəlir və sonda Ona dönəcək. Bir sözlə, şəriət elm yoludur, təriqət isə irfan, yəni insanın ruhi və mənəvi dünyagörüşü ilə bağlı yoldur.

Sufilərə görə, bütün insanların, hətta bütün yaradılmışların alıb-verdiyi nəfəs sayı qədər Allaha yol gedər. İlk sufilər özlərindən təcrübəli və yaşlı ustadlarından geniş miqyasda faydalandıqları üçün təriqətlər qurmayıb, hər biri özünə görə bir yol tutub. Bunlar düşüncələrini və mənəvi təcrübələrini söhbət yoluyla ətrafında toplananlara çatdırıblar.

Təriqətlər XII əsrdə ortaya çıxmağa başlayıb və daha sonra strukturlaşıb.

Təriqətdə Pir, yəni o təriqətin qurucusu olduğu qəbul edilən bir nəfər olmalıdır. Rufailik Seyid Əhməd Rufainin, Qadirilik Əbdülqadir Gilaninin, Bektaşilik Hacı Bektaş Vəlinin, Xəlvətilik Şeyx Əbu Abdullahın, Hürufilik Fəzlullah Nəiminin, Səfəvilik Şeyx Səfiəddinin adı ilə meydana çıxıb. Eyni zamanda, pirlərin təyin etdiyi xəlifələr (davamçılar), xəlifələrin təriqəti yaymağa məsul etdiyi şeyxlər və bu mürşidlərə tabe olan müridlər mövcuddur.

Təriqətlər şəriətə bağlı olmaq və olmamaqla iki yerə bölünür.

1. Təriqi-əxyar: İbadət və təqva yoluna üstünlük verən təriqətlər;

2. Təriqi-əbrar: Nəfsə çilə çəkdirmək yönü qazanan təriqət.

Bir qism araşdırmaçı bu bölgüyə üçüncünü də əlavə edib, təriqul-şuttar adını verib. Bu da eşq və vəcd ilə hədəfə yetməyi məqsəd seçən təriqət adlanır.

İbn Bəzzaza görə, şəriət qanun, təriqət - əməl və hərəkət düsturu, həqiqət isə haldır: Haqqın müşahidəsi və mərifəti. Şəriət meyvənin qabığı olaraq, onu qoruyur, təriqət meyvənin içi və kütləsidir, həqiqət isə onun mahiyyətidir (əl-İnsanül-kamil. Əzizəddin Nəsəfi).

Şəriət, təriqət, həqiqət üçlüyünü qısaca belə anlatmaq mümkündür: “Şəriətdə o sənindir, bu mənim; təriqətdə o sənindir, bu da sənin, həqiqətdə o və bu, nə sənindir, nə mənim. Hər ikisi Allahındır.

Təsəvvüf heyrəti-kübrada məstü valeh olmaqdır,
Təsəvvüf Haqqın əsrarında heyran olmağa derlər.
Təsəvvüf gündə min kərə ölüb, yenə dirilməkdir,
Təsəvvüf cümlə aləm cisminə can olmağa derlər.