

Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada fəal rol oynayacaq təşkilata çevrilməsinin tərəfdarıdır
Onların sayı görünəndən daha çoxdur
... Və Paşinyanın üç auditoriyaya mesajı
Azərbaycan Prezidenti aparılan işlərlə tanış olub, bir neçə yeni layihənin təməlini atıb
Özbəkistan görüşünün detalları ...
Yaxud nüvəsində TURAN ideologiyası dayanan vahid güc mərkəzi
Özbəkistanın bir şirkətində 3000 proqramçı xaricə məhsul satır
Xarici ticarıt payı nə Azərbaycan, nə də Özbəkistan üçün yetərli deyil
Yaşadıqlarımızdan çıxardığımız nəticələr qalib gəlməyin yeganə yolunu bizə öyrətdi
Son illər idxal və ixracda artım gedir
Bir sorğunun üzə çıxardığı gerçək
Avropanın neft-qaz təchizatı Azərbaycandan asılıdır
Prezidentdən xəbərdarlıq: ““Status” sözü yeni qarşıdurmalara səbəb olacaq”
“Şuşa Bəyannaməsi” tarixi birliyimizin gələcək nəsillərə nümayişidir
ABŞ Rusiyanın Qarabağ planını pozmağa başladı
Yeni reallıqlar şəraitində ABŞ-Azərbaycan münasibətləri
“Ermənistanda Qarabağdakı müharibəyə Rusiyanın müdaxilə edəcəyinə dair böyük gözləntilər vardı, amma belə olmadı. Çünki Azərbaycan öz ərazisində vuruşurdu”. Bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından istifadə edərək onları da münaqişəyə çəkməyə çalışıb. Amma həmin təşkilatın mandatı iştirakçı ölkələrin yalnız öz ərazisində xarici təhlükəyə qarşı müdafiəsini nəzərdə tutur.
“Biz öz ərazimizdə vuruşurduq. Ona görə də həmin məsələ baş tutmadı. Amma hamımız bildiyimiz kimi, 44 günlük müharibə boyu mütəmadi olaraq gündə bir neçə dəfə Rusiyadan Ermənistana silahla dolu yük təyyarələri gəlirdi. Biz Rostovdan, Mozdokdan bütün yolları izləyirdik.
Biz gürcü dostlarımızdan hava məkanlarını bağlamalarını istədik, onlar da bunu etdilər. Biz gürcü dostlarımızdan Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə silah daşımalarında istifadə oluna bilən yerüstü yolunu da bağlamağı istədik, bunu da etdilər, ona görə onlara minnətdarıq.
Xəzər sahili ölkələrin hamısına Rusiyadan silah yüklü təyyarələri Ermənistana buraxmamaları üçün məktub göndərdik. Bu məktubları Qazaxıstana, Türkmənistana, İrana göndərdik”, - deyən Prezident təəssüflə əlavə edib ki, həmin təyyarələr Ermənistana sözügedən ölkələr üzərindən uçurdu.
“Belə olub, 44 günlük müharibənin bu üzünü gizləməli deyilik. Amma Ermənistanın gözləntiləri daha çox olub. Onlar elə bilirdi ki, Rusiya ordusu gəlib vuruşmalı, separatçılığı müdafiə etməlidir. Amma bunlar baş vermədi”, - deyən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu da Ermənistanda məyusluğa səbəb oldu, çünki illər ərzində onlarda belə bir arxayınlıq yaranmışdı ki, hamı onlara borcludur, onlar üçün vuruşacaqlar, onlara pul verəcəklər.
Hər bir ölkənin tarixində faciəli məqamlar var. Onların əsas problemi budur ki, ideologiyalarını məhz bunun üzərində qurublar.