Statistikadan yayınan zərərlər ...
... Yaxud Böyük şirkətlərin delfinlərlə nə bənzərliyi var?
Eldəniz ƏMİROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dünyanı gözləyən balıq böhranı
Dəniz suyunun istiləşməsi təbiətin ən böyük heyvan köçünü təhdid edir
-
Okean və dənizlərdə gəmilər qəzaya uğradığı zaman batan insanların delfinlər tərəfindən sahilə çıxarılması ilə bağlı xeyli hallar müşahidə edilib. Bunu heyvan sevərlər delfinlərin xeyirxahlığı kimi qələmə verir, dindarlar Allahın möcüzəsi kimi təbliğ edir, statistiklər isə kağız qələm götürüb delfinlərin xilas etdiyi adamların təxmini statistikasını aparırlar.
Amma hər biri həqiqətdən kənar düşünür və hesab aparır. Çünki əsl həqiqət budur ki, delfinlər oyun oynamağı sevirlər. Onlar batan insanlarla sadəcə oyun oynayır, onları olduqları yerdən 4 istiqamətə aparırlar. Sahil okeanda (dənizdə) olan dörd istiqamətdən (cəhət) birində yerləşir. Delfinlərin digər 3 istiqamətdə okeanın dərinliklərinə apardığı və məhv etdiyi insanlar haqda kimsə xəbər tutmur. Nə heyvan sevərlər, nə dindarlar, nə də statiklər. Hamı sahilə atılan insanları görür. Statiklər də yalnız delfinlərin xilas etdiyi insanların sayını çıxarır. Amma delfinlərin məhv etdiyi insanların sayını hesablamaq mümkün olmur. Ona görə bu statistikaya "Delfin statistikası" deyirlər.
İndi oxşar vəziyyət ölkələrin iqtisadiyyatında, ələlxüsus da azad iqtisadi sistemi olmayan ölkələrin iqtisadiyyatında da böyük şirkətlər də bu delfinlər kimidir. Onların ölkə iqtisadiyyatına verdiyi töhfəni görmək olur, statistikasını çıxarmaq olur. Buna görə də statistik büllütenlərdə "gözəl-gözəl" rəqəmlər düzülür. Amma bu nəhəng şirkətlərin ölkə iqtisadiyyatına mənfi təsirlərinin, kiçik və orta sahibkarlığa vurduğu zərərin, qiymət artımlarında və inflyasiyada oynadığı rolun, məhv etdikləri xırda bizneslərin statistikasını aparmaq mümkün olmur.