Qazaxıstan-Türkiyə arasında hərbi əməkdaşlıq sazişi
Ankara Moskvanın nüfuz dairəsində olan Mərkəzi Asiya dövlətləri ilə bağları möhkəmləndirir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
-
... Tokayev 7 ildə nələr edəcək?
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Qazaxıstanın seçimi
Tokayev hərbi doktrinanı da dəyişdirib
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Marşrutun potensialı tam reallaşdırılmayıb”
İki yol arasında fərq 500 km-ə yaxındır
-
“Bölüşmədiyimiz dəyərlərin yayılması...”
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
-
Qazaxıstanda etiraz
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
-
Xəzərin dibi ilə neft kəməri
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
-
Rusiya ilə Qazaxıstan arasında nə baş verir?
Tokayevin separatçıları Putinin yanında “kvazi dövlətlər” adlandırması Moskvada qıcıq doğurub
Qazaxıstan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, mayın 11-də prezident Kasım-Jomart Tokayevin Türkiyəyə dövlət səfərinin gedişində “Qazaxıstan və Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlığı tənzimləyən” bir sıra sənədlər imzalanıb.
Məlumatda bu sənədlər barədə təfərrüatlar verilməyib. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Qazaxıstan müdafiə bağlarının əhəmiyyətini vurğulayıb.
***
Nazirin sözlərinə görə bu sazişdə iki ölkə arasında habelə “birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq” nəzərdə tutulur:
"İmzalanmış birgə bəyannamə ilə biz əməkdaşlığımızı starteji partnyorluğun yeni səviyyəsinə qaldırmışıq. Türkiyə və Qazaxıstan iki qardaş ölkədir. Biz, Türkiyə olaraq Qazaxıstandakı sabitliyə və əmin-amanlığa ciddi önəm veririk”.
Bu da xəbər verilir ki, iki prezident məhdud heyətlərin iştirakı ilə Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu barədə belə deyib: “Bizim bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyünün saxlanması çərçivəsində dinc yollarla həll olunmasına dair maraqlarımız üst-üstə düşür. Siz də bilirsiniz ki, biz Ukraynada müharibənin qurtarması üçün münaqişənin ilk günlərindən səy göstəririk. Əlbəttə, bu müharibə türk dövlətləri arasında həm ikitərəfli, həm də türk dövlətlərinin çadırı altında əməkdaşlıq və sıx birliyin mühümlüyünü təsdiqləyir”.
***
Xəbərdə deyilir ki, Qazaxıstan və Türkiyə nümayəndə heyətləri arasında ümumilikdə 14 sənəd imzalanıb.
Bu sənədlərin arasında kütləvi informasiya vasitələri sahəsində əməkdaşlıq haqqında memorandum, beynəlxalq yüklərin qarşılıqlı-müştərək daşınması haqqında saziş, gömrük prosedurunun sadələşdirilməsinə dair razılaşma və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum da var.
Tokayev 2019-cu ildə prezident seçildikdən bəri ilk dəfədir ki, Türkiyəyə dövlət səfərinə gəlib.
Onun səfəri Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hərbi müdaxiləsinnin davam etdiyi vaxta düşüb.
Bir sıra ekspertlər bildirirlər ki, belə bir şəraitdə Ankaranın tarixən Moskvanın nüfuz dairəsinə daxil olan Mərkəzi Asiya dövlətləri ilə bağları möhkəmləndirməsi üçün əlverişli şərait yaranıb.
Türkiyə Kiyev və Moskva arasında danışıqlarda vasitəçilərdən biridir. Qazaxıstan Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməyib və 9 may tədbirlərində Georgi lentləri və Z simvolları kimi Rusiya rəmzlərindən istifadəni qadağan edib.