vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 30 sentyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MUSİQİ  
Azərbaycan finala yüksəlib 00:55 | 13 may 2022 | Cümə Məqaləyə 2145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan finala yüksəlib

“Fade To Black” ən çox səs toplayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan “Fade To Black” mahnısı ilə “Eurovision-2022” mahnı yarışmasının finalına yüksəlib. Final yarışları mayın 14-də İtaliyanın Turin şəhərində keçiriləcək.

Mayın 12-də Turin şəhərində mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub. İkinci yarımfinal mərhələsində Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış edib.

Azərbaycanı təmsil edən Nadir Rüstəmli 4-cü nömrə altında “Fade To Black” mahnısını ifa edib. İştirakçılar arasında ən çox səs toplayan Azərbaycan və digər 9 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya, Serbiya.

Böyük Dördlüyə daxil olan ölkələr - Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və ötən ilin qalibi İtaliya birbaşa final mərhələsində çıxış edəcək.