Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:53 | 19 may 2022 | Cümə axşamı
Məqaləyə 1370 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ-ın məşhur “The Washington Post” qəzetində yayımlanan məqalədə Çinin yüksək texnologiyalarının Rusiyaya ixracatının mart ayında kəskin azaldığı yazılıb. Bunu ABŞ-ın ticarət naziri Cina Raymonda da təsdiq edib. Onun sözlərinə görə, Çin şirkətləri Amerika sanksiyalarından ehtiyat etdiklərinə görə, Rusiyaya ixracatı azaldıblar. Çin Rusiyaya ixracatı azaltmasaydı, Amerika Çin şirkətlərini müasir texnologiyalardan və proqram təminatından məhrum edəcəkdi. Pekin bu riski proqnozlaşdıraraq yüksək texnologiyalar istehsal edən şirkətlərini Rusiya ilə ticarətdə ehtiyatlı olmağa dəvət edib.
Mart ayında Çindən Rusiyaya kompüterlərin ixracatı keçmiş aylarla müqayisədə 40 faiz azalıb. Çin istehsalı olan smarfonların Rusiyaya ixracatı təxminən 60 faiz, kommunikasiya vasitələrinin ixracatı isə 98 faizi azalıb. Çinlə yanaşı Cənubi Koreya da Rusiyaya yüksək texnologiyaların ixracatını azaldıb. Cənubi Koreyanın yüksək texnologiyalarının Rusiyaya ixracatı 60 faiz azalıb.
Beləliklə, Pekin Vaşinqtonla siyasət meydanında mübarizə apararaq Rusiyanı strateji tərəfdaş adlandırsa da, Amerikanın Rusiyaya qarşı sərt sanksiyaları ilə hesablaşmaq məcburiyyətindədir. Yüksək texnologiyaların Rusiyaya ixracatı dayanmaq üzrədir. Bu, yaxın aylarda Rusiya sənayesi üçün ciddi problemlər yaradacaq.
Bu arada, Ağ Evdən yayımlanan açıqlamada, Çinin Rusiyaya Ukrayna savaşında dəstək verməsinə dair fakta malik olmadığı bildirildi. ABŞ prezidentinin yeni mətbuat katibi Karin Jan Pyerin sözlərinə görə, Çinin Rusiyaya maddi dəstək verməsinə dair sübutları yoxdur. Halbuki, Vaşinqtonda daha əvvəl belə fikirlər yayılırdı ki, Rusiya Ukraynada apardığı müharibədə resursları tükəndiyi üçün Çindən silah və ərzaq yardımı istəyib. Pekin bu iddiaları təkzib etmişdi.
Çinin Rusiyaya yardım etməsinə dair faktın olmadığını dövlət katibi Entoni Blinken də söyləyib. ABŞ prezidenti Co Bayden keçmiş aylarda Pekini xəbərdar etmişdi. Bayden bildirmişdi ki, Çin Rusiyaya hərbi yardım etsə və sanksiyalardan yayınmağa çalışsa, bu Pekinə ciddi problemlər yaradacaq. Nəticədə Pekin bu xəbərdarlığı nəzərə almaq məcburiyyətində qaldı.