vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
OLAY  
17:11 | 23 may 2022 | Bazar ertəsi Məqaləyə 2878 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səfirlər Qubaya gedib

ABŞ və İsrail dağ yəhudilərinin mədəniyyətini nümayiş etdirmək üçün birgə layihəyə başlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 23-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer və İsrailin Azərbaycandakı səfiri Corc Dik Quba rayonundakı Qırmızı qəsəbəyə səfər ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, səfər dağ yəhudilərinin İcması və Heydər Əliyev Fondu ilə birgə layihəyə başlamaq məqsədilə təşkil olunub.

Məlumata görə, layihənin həyata keçirilməsi nəticəsində dağ yəhudi icmasının tarixi mərkəzinin turizmə dəstək verəcəyi gözlənilir. Layihə çərçivəsində həm muzey, həm də kafe kimi xidmət etmək üçün ənənəvi yəhudi evinin bərpası və təchiz edilməsi nəzərdə tutulur.

Səfir Litzenberger qeyd edib ki, Azərbaycanın multikulturalizm ənənəsinə əsaslanaraq, bu layihə yerli mədəni ənənələri gücləndirəcək:

“Layihə, həmçinin bu icmanın mədəniyyəti və tarixi haqqında məlumatlılığı genişləndirəcək. Eyni zamanda, bu işlərə dəstək turizmi artırmaqla yerli gəlirlərin artmasına kömək edəcək”.

Səfir Dikin sözlərinə görə, İsrail və ABŞ dünyada ən böyük yəhudi icmasının yaşadığı ölkə olan Azərbaycan dağ yəhudilərinin ənənələrini qoruyub saxlayacaq bir yer yaratmaq üçün əl-ələ verir:

“Bu birgə layihə Azərbaycanda yəhudilərin bəxş etdiyi sülh və birgə yaşayışı əks etdirəcək və əcnəbilərə yerli mədəniyyət və adət-ənənələr haqqında məlumat əldə etmək imkanı verəcək”.

Layihəyə ABŞ-ın yardımı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan nümayəndəliyi tərəfindən Özəl Sektora Dəstək layihəsi vasitəsilə təmin edilir.

Qeyd edək ki, 1998-ci ildən USAID kənd təsərrüfatı və turizm sektorlarına xüsusi diqqət yetirməklə ölkədə özəl sektorun inkişafına birgə sərmayələr ayırıb. Layihəyə əlavə dəstək İsrail səfirliyi, Heydər Əliyev Fondu və yerli Dağ Yəhudilərinin İcması tərəfindən veriləcək.

Dağ yəhudiləri tərəfindən qurulan və məskunlaşan Qırmızı qəsəbə Azərbaycanın ən yığcam və fəal yəhudi icmasını təmsil edir. Son 200 il ərzində böyük siyasi dəyişikliklərə şahid olan icma özünəməxsus mədəni kimliyini həm qoruyub saxlayıb, həm də inkişaf etdirib.