

BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
Türk dövlətləri ilə ticarət rekord həddə
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
“Alman ruhu”, “İngilis tarixi”, “Fransız inqilabı”nı normal qəbul edənlərin yuxusunu “Türk qanı” qaçırıb
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
İranın vurulması Zəngəzurdan başlamalıdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
Azərbaycan prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri ilə keçirdiyi görüş barədə məlumat verib.
Prezident Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.
“İlham Əliyev, həmçinin Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib”, – məlumatda vurğulanır.
Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olmuşdu.
Görüşdə iki ölkə arasında sülh sazişi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdi.
“Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir”, – Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də həmin görüşdən sonra vurğulamışdı.
Bunun ardınca mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.
Bununla paralel öz növbəsində Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyanın yaradılması barədə fərman verib.
2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.