Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
11:10 | 25 may 2022 | Çərşənbə
Məqaləyə 1100 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Si Cinpinin varisi kim olacaq?
Ukrayna ordusunda çinlilər də döyüşür
Beynəlxalq təşkilatlar və böyük dövlətlər Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə fonunda taxıl böhranının həll yollarını axtarırlar. Rusiya açıq-aşkar Ukrayna limanlarından taxılın ixracatına mane olur. Digər tərəfdən Rusiya Ukraynanın işğal etdiyi ərazilərindən taxıl oğurluğu ilə məşğuldur, kosmosdan çəkilən şəkillər də buna dəlalət edir. Avropa Mərkəzi Bankının proqnozlarına görə dünyada ərzaq məhsullarının qiyməti artmaqda davam edəcək.
Mövcud vəziyyətdən Çin də narahatdır. Çinin xarici işlər naziri Van İ almaniyalı həmkarı Annalena Berbokla son telefon danışığında taxıl böhranına toxunub. Çinli diplomat deyib ki, Rusiya və Ukraynadan taxılın və digər ərzaq növlərinin ixracatı üçün “yaşıl dəhliz”in yaradılması zəruridir. “Beynəlxalq aləm müharibənin dayandırılmasına çalışmalıdır” deyən Van İ Çinin dünyada aclığın qarşısının alınması üçün bütün tərəflərlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Çinin xarici işlər naziri son açıqlamasıyla ölkəsinin sülhpərvər olduğunu və dünyanın qlobal problemlərinin həllinə çalışdığını göstərmək istəyib. Ancaq Van İ “yaşıl dəhlizdən” danışarkən bunun həm Ukraynaya, həm də Rusiyaya tətbiq edilməsini təklif edib. Qərb bu təkliflə razılaşa bilməz. ABŞ və Avropa İttifaqı “yaşıl dəhlizi” yalnız Ukrayna üçün nəzərdə tutublar. Qərbin işğalçı müharibəyə görə Rusiyaya qarşı sərt sanksiyaları mövcuddur. Misal üçün Rusiya neftinin alıcıları o qədər azalıb ki, neftlə dolu tankerlərə müştəri tapılmır. Çünki Rusiyadan neft alacaq şirkətləri ABŞ-ın sərt sanksiyaları gözləyir. Həmin şirkətlər bank hesablarından köçürmələr həyata keçirə bilməyəcək, Amerikadakı tərəfdaşlarıyla ortaq layihələrdən məhrum olacaqlar.
Van İ “beynəlxalq aləm müharibənin dayandırılmasına çalışmalıdır” deyərkən də Rusiyanın maraqlarını arxa plana atmır. Moskva da müharibənin dayandırılmasını istəyir, ancaq öz “şərtləri daxilində”. Həmin “şərtlər” isə Ukraynanın ərazilərinin bir hissəsi ilə itirilməsiylə barışmasını ehtiva edir ki, Kiyev bununla razılaşmayacaq.