SSRİ-ni dağıdanlardan daha biri vəfat etdi
Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda dünyasını dəyişdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Axirət saatında son iki dəqiqə
Bu zaman məfhumu ilk atom bombasının yaradılmasından sonra hazırlanıb
-
Rusiyanın sabiq dövlət katibi, baş nazirin keçmiş birinci müavini və iki çağırış Dövlət Dumasının deputatı Gennadi Burbulis 77 yaşında Bakıda vəfat edib. Hələlik ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
“Turan” İnformasiya Agentliyi isə yazır ki, ölüm Burbulis Azərbaycanın paytaxtında otellərdən birində saunada olarkən baş verib. Agentlik Burbulisun beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəldiyin yazır.
O, 1990-cı illərin əvvəllərində Rusiya prezidenti Boris Yeltsinə ən yaxın adamlarından biri olub və SSRİ-nin süqutu ilə bağlı Belovejskaya sazişlərinin hazırlanmasında və imzalanmasında iştirak edib.
1989-cu ildə SSRİ xalq deputatı seçilən Burbulis 1990-cı ilin aprelində Sov.İKP-dən ayrılaraq Rusiya Demokratik Partiyasını (DXR) yaradıb. RSFSR prezident seçkilərində seçki qərargahının rəhbəri olub.
Yeltsinin qələbəsindən sonra Burbulis dövlət katibi vəzifəsinə təyin edilib, o, bu vəzifəni tutan yeganə şəxs olub. O, həm də Dövlət Şurasının işinə cavabdeh idi.
Xüsusilə, bazar islahatları təklif edən gənc iqtisadçıların ölkə rəhbərliyinə dəvət edilməsini təklif edən və Yeltsini islahat hökumətinə rəhbərlik etməyə inandıran da məhz o olub. Nazirlər Kabinetinin ilk tərkibi formalaşdıqdan sonra Burbulis Yeltsinin birinci müavini olub və faktiki olaraq kabinetin işinə rəhbərlik edib.
Hökumətin iqtisadi blokuna Yeqor Qaydarın rəhbərlik etməsinin də Burbulisin təklifi ilə baş tutduğu bildirilir.
Amma sonralar Burbulis Yeltsinin rəğbətini itirib. Onun parlament, nazirlər və prezidentin ətrafı ilə konflikti yaranıb.
1992-ci ilin yazında prezidentin müşavirləri qrupunun rəhbəri olub, qışda isə Qaydar hökuməti istefa verəndən sonra bu vəzifəni də itirib.
Daha sonra o, iki dəfə parlamentə seçilib, bölgələrdən birinin vitse-qubernatoru vəzifəsində çalışıb və Federasiya Şurasının üzvü olub, lakin ona mühüm qərarlar qəbul etməyə imkan verilməyib.
Krımın ilhaqını tənqid edən Gennadi Burbulis Rusiya Federasiya Şurası sədrlərinin – Sergey Mironov və Valentina Matvienkonun müşaviri olub.
Belovejskaya sazişlərini imzalayan 6 nəfərdən yalnız biri-Ukraynanın keçmiş baş naziri Vitold Fokin sağdır.