ABŞ-ın yenilməz armadası
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
12:01 | 4 iyul 2022 | Bazar ertəsi
Məqaləyə 1551 dəfə baxılıb
Şriftin ölçüsü
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!
“Moody’s” reytinqi endirdi
Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi yardımı artırıb. ABŞ Fransa və Almaniyadan fərqli olaraq Rusiya-Ukrayna müharibəsinin nə yolla olursa-olsun bitməsini istəmir. Vaşinqton növbəti mərhələdə Rusiyanın məğlubiyyətini təmin etməyə çalışacaq. Bunun üçün isə Ukrayna ordusuna yeni hərbi texnika verilməli və işğalçıya qarşı həmlələrin sayı artırılmalıdır. Ancaq Kreml də boş dayanmayıb və Ukraynada məğlub olmamaq üçün bütün resurslarını səfərbər edib.
Amerikanın “The National İnterest” dərgisində ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin yeni “sürprizlərinə” hazır olmasıyla bağlı analitik yazı dərc olunub. Məqalədə ABŞ-ın 2017-ci ildən başlayaraq Rusiya və Çinə qarşı mübarizədə milli təhlükəsizlik strategiyası hazırladığı və həyata keçirdiyi yazılıb. Amerikalı analitiklər məhz bu strategiya çərçivəsində hadisələrin sonrakı inkişafını proqnozlaşdırmağa çalışırlar.
“The National İnterest” dərgisindəki məqalədə Vaşinqtonun Rusiya və Çinə qarşı strategiyasında iki ciddi problemin olduğu vurğulanıb. Birinci problem strategiyada Rusiya ilə Çin arasında fərqin göstərilməməsidir. Rusiya və Çin bir-biri ilə strateji tərəfdaş olsalar da, iki fərqli dövlətdir. Vaşinqton bu fərqdən hələ ki, istifadə edə bilmir. İkinci problem ABŞ-ın milli təhlükəsizlik strategiyası Rusiya və Çinlə mübarizə üzərində formalaşıb, digər təhlükələr barədə ciddi araşdırmalar aparılmayıb. Misal üçün koronovirus pandemiyası iki il ərzində Amerikanın əsas probleminə çevrildi, ən çox insan xəstəlikdən məhz bu ölkədə vəfat etdi. Bundan çıxış edən bəzi amerikalı analitik milli təhlükəsizlik strategiyasını korrektə edilməsini, yeni alyansların qurulmasına diqqətin ayrılmasına önəm verirlər. Bu analitiklər hesab edirlər ki, ABŞ Rusiya və Çinlə eyni zamanda mübarizə aparmaq əvəzinə bu iki dövləti bir-birindən ayıran – uzaqlaşdıran siyasətə üstünlük verməlidir. Vaşinqton “soyuq müharibə” illərində məhz bu siyasətə üstünlük verir, keçmiş SSRİ ilə mübarizə apararkən, Çinlə normal münasibətlər qurmuş, bu yolla Pekinin Moskva ilə yaxınlaşmasının qarşısını almışdı. Hazırda Vaşinqton bu siyasətdən uzaqlaşıb və bu durum Pekinlə Moskvanın yaxınlaşmasına səbəb olub.
Çin Qərbin sərt sanksiyaları üzləşən Kremlin əsas ümididir. Ona görə də Kreml Çinlə ittifaqın pozulmaması üçün Vaşinqtonun planlarına qarşı mübarizəsini daha da gücləndirəcək və “The National Interest” dərgisinin “Vaşinqton Rusiyanın sürprizlərinə hazır olmalıdır” yazdıqda məhz bunu nəzərdə tutub.