vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
18:09 | 10 iyul 2022 | Bazar Məqaləyə 4161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Airbus”ların iki təhlükəli enişi

Xəsarət alan yoxdur

Tapdıq FƏRHADOĞLU

Son saatlarda texniki səbəblərdən iki “Airbus” tipli sərnişin təyyarəsi Bakı aeroportunda eniş edib. Hər iki halda xəsarət alan olmayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanı Mətbuat xidmətinin məlumatına görə, iyulun 9-da Koreyanın “Korean Air” aviaşirkətinə məxsus təyyarə Bakı aeroportuna məcburi eniş edib. Təyyarənin məcburi eniş etməsi ilə əlaqədar hazırlıq və həyəcan siqnalı elan edilib.

Belə ki, aviaşirkətin İstanbul-Seul reysini həyata keçirən “Airbus A330” təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb.

Mətbuat xidməti bildirir ki, hazırda hava gəmisinə baxış keçirilir və baş verən hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.

Mətbuat xidmətinin digər məlumatında deyilir ki, bu gün, iyulun 10-da “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən “Airbus A340” hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

“Airbus A340” təyyarəsi Bakı vaxtı ilə saat 09.11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər otelə yerləşdirilib.