
Elektron məlumatların təhlükəsi
Kağız formatda informasiyanı dəyişdirmək mümkün deyil
Kağız formatda informasiyanı dəyişdirmək mümkün deyil
“Bendels işi” simvola çevrilir: “Hüquqi sanksiyalar etirazlar doğurur”
“LA Times”da dərc olunan müəllif yazısı başqa məqalə ilə süni intellekt tərəfindən şərh edilib
Çap mediası oxucuya saytda tapmadığı kontenti təqdim etməyin üsulunu tapmalıdır
Amma dəyər yarada bilmirik
Dizaynerlər və qrafika rəssamları şriftlərlə oynamağı, vizuala uyğunlaşdırmağı seviblər
İnformasiya təhlükəsizliyimiz sınaq qarşısında
Məlumatın düzgünlüyünə şübhə yaransa belə, jurnalistlərə münasibətdə vəziyyət dəyişmir
Mətbuat günü cəmiyyətdən gələn siqnal
Ayaqları çap mətbuatından, həm də “online” mediadan kəsilənlər
Yoxsa ... niyə almalıdır?
Baş redaktorların müxtəlif planları var
Prezidentdən daha bir sərəncam
Azərbaycanda qəzetə maraq niyə azalıb?
Əli Həsənov qəzet yayımına qoyulan qadağaya haqq qazandırdı
««Yeni Müsavat»ı bağlamaq məcburiyyətindəyik»
Bakı Metropolitenində ticarətin yığışdırılması qəzet yayımı məsələsini bir daha gündəmə gətirib. Metropoliten rəhbərliyinin kiçik ticarətlə bağlı qəti mövqe sərgiləməsi burada qəzet yayımının bərpa olunmayacağı ehtimallarını gücləndirib.
«Yeni Müsavat» qəzetinin baş direktoru Ələsgər Süleymanov isə deyir ki, onlar metro keçidlərində, hətta platformalarda qəzet satan xüsusi aparatların qoyulmasını təklif ediblər: «Təklif vermişik. Metro girişlərində, platformalarda xüsusi avtomatların quraşdırılmasını istəyirik. Beynəlxalq təcrübədə belə praktika var. O aparatları gətirib burada da quraşdırmaq barədə təklifimiz olub.
Gözləyirik, hələ konkret bizə cavab verilməyib. Olsa, yaxşı olar. Bir firma təsis edib həmin firmanın nəzdində bütün metrolarda həmin avtomatları gətirib quraşdırmaq olar. Orada öz qəzetimizi və bir neçə qəzeti də müqavilə ilə satmaq olar. Şəhərin müxtəlif yerlərində kofe maşınları var, məsələn, insanlar aparata pul atıb istədiklərini alırlar, qəzeti də belə etmək olar. Belə bir fikri təklif etmişik. Dövlət başçısının mətbuat nümayəndələri ilə görüşündən sonra qəzet yayımının durumunu yaxşılaşdırmaq üçün təkliflər istənilmişdi. Biz də həmin siyahıya bu təklifi də verdik. Hələ konkret olaraq nəticəsi yoxdur. Çox yaxşı olar ki, təklifimiz qəbul olunsun».
Qeyd edək ki, bəzi ekspertlər metroda qəzet yayımının bərpasını ehtimal edirlər. Bildirilir ki, metroda kiçik ticarət tam yığışdırılsa da, qəzet yayımının bərpa olunması ehtimalı var.