Ərdoğan və Paşinyanın tarixi sıçrayışı
Vaşinqton məmnundur, İsrail yolu açır
Azər NURİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Təxminən 20 gün əvvəl Türkiyə ilə Ermənistan arasında sərhəd zonasının minalardan təmizlənməsinə başlanılıb. Türkiyə mənbələrinin məlumatına görə, minalardan təmizləmə işi İsrail şirkəti tərəfindən həyata keçirilir və hazırda Türkiyəni Ermənistanla birləşdirən dəmir yolunun keçdiyi Doğukapı sərhəd-keçid məntəqəsinin yaxınlığında, Qars vilayətinin Akyaka rayonunun İbiş kəndi ətrafında işlər aparılır.
Türkiyənin Ermənistanla həmsərhəd rayonlarının minalardan təmizlənməsi ilə bağlı yayılan xəbərə rəsmi mənbələr hələlik münasibət bildirməyib.
Qars sakinləri minaların təmizlənməsinin Doğukapı keçid məntəqəsinin açılmasına ümidlər artırdığını iddia edirlər. Türkiyə ilə Ermənistan arasında yol əlaqəsi Iğdır vilayətindəki Əlican sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilib. Bu sərhəd keçidi Doğukapı kimi 1993-cü ilin aprelindən bağlıdır. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqların başlaması sərhədlərin açılmasına ümidlər yaradıb. Türkiyənin Ermənistanla həmsərhəd əyalətlərinin sakinləri bununla bağlı yeni ticarət imkanları gözləyirlər.
Türkiyə ilə Ermənistan arasında dəmir yolu və avtomobil yollarının çoxsəviyyəli Zəngəzur dəhlizinin bir hissəsi olacağı gözlənilir. Türkiyə mətbuatı yazır ki, Ankara İrəvanla münasibətlərin normallaşdırılmasına dair danışıqlar zamanı Zəngəzur dəhlizinin tezliklə açılması şərtini irəli sürür.
Bundan əvvəl Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanla məsləhətləşmələr çərçivəsində Ermənistanla münasibətlərin normallaşdırılması prosesi davam edir, Bakı ilə razılaşmadan heç bir addım atılmır.
Xatırladaq ki, iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında danışıqların növbəti raundu olub və tərəflər üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması barədə razılığa gəliblər. Bunun ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk telefon danışığı olub. İki ölkənin hökumət hesabatlarında Ərdoğan və Paşinyanın bir-birini dini bayramlar münasibətilə təbrik etdiyi və münasibətlərin normallaşması üçün tədbirlərin görülməsinin vacibliyini vurğuladığı telefon danışığının kim tərəfindən aparıldığı barədə məlumat açıqlanmır.
ABŞ Dövlət Departamenti Ərdoğanla Paşinyan arasında aparılan danışıqlarla bağlı məlumatlara operativ reaksiya verib. Vaşinqtonun bəyanatında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə güclü dəstək qeyd olunur.
ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: “Birləşmiş Ştatlar Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasına qətiyyətlə kömək edir və bu, bütün regiona müsbət təsir edəcək”.
“Ermənistan-Türkiyə dialoqu regional sabitliyi gücləndirmək, mənfi təsirləri ehtiva etmək və daha böyük iqtisadi inkişafa gətirib çıxarmaq potensialına malikdir ki, bu da hamının xeyrinədir”, – həmin bəyanatda qeyd olunur.
Həmçinin qeyd edilir ki, “Birləşmiş Ştatlar bu mühüm dialoqu hər iki tərəfin məqsədəuyğun hesab etdiyi şəkildə asanlaşdırmağa hazırdır”. (Milli.Az)