vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
12:25 | 22 sentyabr 2022 | Cümə axşamı Məqaləyə 2102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərhədlər hansı xəritələrlə qurulacaq?

Əliyevin sentyabr əməliyyatı və delimitasiya mesajı

Asif NƏRİMANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Laçının mərkəzində Azərbaycan bayrağını qaldıran Əliyev diqqətçəkən məqamlara da toxundu. Bu, həm də bəzi məsələlərin birinci şəxs tərəfindən təsdiqi baxımından önəmlidir.

– Azərbaycan Ermənistan ərazisinə müdaxilə etməyib.

Əliyev elan etdi ki, delimitasiya aparılmadığı müddətdə sərhədin haradan keçdiyini heç kim iddia edə bilməz: bu, həm xaricdən, həm daxildən səslənən “Azərbaycan Ermənistana təcavüz edib” iddiasına cavab olmaqla yanaşı, problemin yeganə həll yolunun delimitasiya prosesinin reallaşması olduğu da deməkdir.

Əliyev rəsmi Bakının XX əsrin xəritələrinə istinad etdiyini bildirir.

Burada diqqətçəkən məqam “SSRİ dövrünün” yox, məhz “XX əsrin və ondan əvvəlki dövrün xəritələri” ifadəsidir. Bu o deməkdir ki, Azərbaycan SSRİ qurulmazdan öncəki dövrün xəritələrini də masada prioritet sənəd olaraq təqdim edir.

Bu gedişin iki mümkün səbəbi var:

1. Hədəfi daha yüksək qoyaraq, ən azı SSRİ dövründə Ermənistana müxtəlif adlar altında verilən ərazilərə nail olmaq: Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi və “otlaq-əkin sahələri” adı ilə ermənilərə “bağışlanan” ərazilərin qaytarılması bu prosesdə həllini tapa bilər.

2. Azərbaycanın tarixi torpaqlara qayıdış ideologiyası danışıqlar masasına çıxarılır.

 

Sentyabr əməliyyatının nəticəsi

 

Əliyevin çıxışı əməliyyatda üç nəticə əldə edildiyini rəsmi şəkildə təsdiqləyir.

Birincisi, Azərbaycan ordusu öz torpağında mövqelər tutub: bu, həm də əməliyyatdan sonra ordumuzun geri çəkildiyinə dair iddialara cavabdır.

İkincisi, əldə edilən mövqelər bütün sərhəd boyunca həm hərbi üstünlük, həm də vizual nəzarət imkanı verir: Azərbaycan əsgəri ermənilərin mümkün təxribatlarını, ümumiyyətlə sərhəd boyunca istənilən addımını izləyə biləcək.

Üçüncüsü, bu mövqelər Ermənistanın mühüm kommunikasiya xətlərinə nəzarət imkanı da yaradır.

Ermənistanın 10 noyabr razılaşmasının icrasından yayındığını deyən Prezident iki prioritet istiqaməti də elan etdi:

– Erməni qoşunlar Qarabağdan tam çıxarılmayıb;

– Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki iş aparılmır.

Mümkündür ki, Azərbaycan bu iki məsələnin icrası istiqamətində praktiki addımlar atsın.

Əliyevin fikirləri Ermənistan üçün “yol xəritəsi” də hesab edilə bilər: 10 noyabr razılaşması icra edilməli – erməni qoşunlar Qarabağdan tamamilə çıxarılmalı, Zəngəzur dəhlizində işlər başlanmalıdır; Sərhədin delimitasiyası XX əsrin xəritələrinə uyğun aparılmalıdır. Bakının təqdim etdiyi 5 prinsip əsasında sülh sazişinin imzalanmasının alternativi yoxdur.