

Məşhur bəstəkar Cavanşir Quliyev 19 ildən sonra xaricdən Azərbaycana köçüb
Azərbaycanın ilk teatr rejıssorunun projektor işıqlarında altında nümayiş olunan tamaşaya bənzəyən taleyi
Ramiz Həsənoğlu: «Çox istərdim ki, «Danabaş kəndinin əhvalatları»nı işləyim»
Nəhs gündə sevinc bəxş edən rejissor - 70 yaşlı Ramiz Həsənoğludan yubiley müsahibəsi
«Ermənilər bunu əla bilirlər»
Bəstəkardan deputatlara İttiham
Cavanşir Quliyev: «Doğulmamış ölən, doğulub ölü kimi qalan, içimi dağıda-dağıda doğulmaq istəyən mahnılarım var...»
3800 manat ucbatından diplomunu ala bilməyən əlaçı tələbəni Akademiyadan qova bilərlər
“Azərbaycana gələn kimi ilk işim evimi təmizləmək oldu. İllərlə qapısı bağlı idi. Hərdənbir gedib-gəlirdim. Dostlarla görüşlərim oldu”.
Bu sözləri Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev “Axşam havası” verilişində deyib. 19 ildən sonra ötən ay birdəfəlik Azərbaycana qayıdan bəstəkar artıq işə də başladığını bildirib:
“Müxtəlif idarələrdə işləyən dostlarım gəlişimdən xəbər tutub, zəng etdilər. Müxtəlif yerlərə işə dəvət edirlər. Artıq Xəzər universitetində işə başlamışam. Bundan əlavə, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında da işlərim gözlənilir. Həyat başlayır, üzümə yaxşı baxsalar, getmərəm”.