13 şəhərdə “qırımızı” həyəcan
İtaliyada həddindən artıq istilər nəticəsində 4 nəfər ölüb
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Böyük «oyun»da Avropa gedişi
Bakı üçün kritik həftə - Brüssellə münasibətlərdə əlamətdar tarix; ABŞ-ın «Kreml siyahısı» Bakıya əlavə fürsətlər açır
-
TAP-ın 60 faizi hazırdır
Boru kəməri keçən torpaq sahələrinin yarısı bərpa olunub
-
Almaniya TAP-a qarşı
Ekspertlər bu qərarın layihənin icrasına təsirinin olmayacağını deyirlər
-
İtaliyada son həftələrdə yüksək temperaturdan 4 nəfərin öldüyü bildirilib. “Rainews24” kanalının xəbərində, Afrikadan qaynaqlanan və keçən həftədən etibarən təsirli olan həddindən artıq istilərin insan tələfatına səbəb olduğu bildirilib.
Ölkənin cənub-şərqindəki Puglia bölgəsində 3, paytaxt Romada isə 1 nəfərin öldüyü qeyd edilib. Ölənlərin 68-82 arasında kişilər olduğu bildirilib.
Həddindən artıq istilər səbəbindən xüsusilə cənub şəhərlərində temperaturun 40 dərəcədən yuxarı olduğu vurğulanıb.
Bu arada Səhiyyə Nazirliyi paytaxt Roma, Florensiya, Ankona, Bolonya, Campobasso, Frozinone, Latina, Palermo, Peruqia, Pescara, Rieti, Trieste və Viterbo da daxil olmaqla 13 şəhərin risk səviyyəsini çərşənbə günü üçün “qırmızı” olaraq yeniləyib. Həmin şəhərlərdə yaşayanlara istidən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.