
9 may gəldi...
Biz faşizmlə 35 il döyüşdük
Biz faşizmlə 35 il döyüşdük
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Ermənistanın “Hraparak” qəzeti yazır ki, Nikol Paşinyan erməni soyqırımı, Ararat (Ağrı) dağı və digər bu kimi məsələlərlə antimilli bəyanatlar səsləndirir. Baş nazirin öz siyasi komandasının şərhinə görə, bu kimi bəyanatlar bir məqsəd güdür: Tayyib Ərdoğan İlham Əliyevi Ermənistanla sülh müqaviləsi imzalamağa təhrik etsin. Ermənistanın hakim Mülki Müqavilə Partiyasının 2026-cı ildə parlament seçkilərinə getməsi və qalib gəlməsi üçün bu, hava və su kimi lazımdır.
Bütün sorğular göstərir ki, indiki Ermənistan hakimiyyətinin populyarlıq reytinqi tarixi minimuma çatıb və vəd edilmiş sülh müqaviləsi imzalanmasa, iqtidarda olan Mülki Müqavilə Partiyasının hakimiyyətdə qalmaq şansı yoxdur. Əvvəlki seçkilərdə də Paşinyan seçicini sülh şüarları ilə aldadıb, müxalifətə qarşı əks-təbliğat apararaq xalqı müharibə ilə qorxudub. Deyib ki, müxalifət Azərbaycanla müharibə istəyir”.
Həqiqət budur ki, Nikol Paşinyan yalnız Türkiyə və Azərbaycanla xoş münasibətlər yaratmaqla iqtidarda qala bilər, əks təqdirdə Nikol Paşinyan növbəti seçkini uduzacaq. Azərbaycan, eləcə də Türkiyə Nikol Paşinyanın növbəti seçkini uduzmasını istərdimi? Əlbəttə ki, yox. Çünki Nikol Paşinyanın yerinə ancaq və ancaq Rusiyaya bağlı Qarabağ klanı gələ bilər. Bu isə Azərbaycan və Türkiyəyə qətiyyən lazım deyil...
Mənə elə gəlir ki, İlham Əliyevlə Nikol Paşinyan arasında anlaşma var. Azərbaycan prezidenti bəzən məqsədli şəkildə Nikola Paşinyana pas ötürür. Məsələn, İlham Əliyev Ermənistanı faşizmdə ittiham edir və deyir ki, Ermənistan rəhbərliyi ölkədə mövcud olan faşizmi ya özü məhv edəcək, ya da bunu biz edəcəyik. Gördüyünüz kimi, İlham Əliyev Nikol Paşinyanı faşizmdən kənarda tutur. Nikol Paşinyanın yerinə göz dikənlərə isə birmənalı şəkildə deyir ki, siz faşistsiniz, hakimiyyətə gəlsəniz, müharibə qaçılmaz olacaq...
Təbii ki, erməni xalqı İlham Əliyevin nə dediyini göydə tutur...
Sözün mustafası bu ki, Nikol Paşinyanın iqtidarda qalıb qalmaması sülh müqaviləsinin imzalanmasından asılıdır. Müqavilə bağlansa, Nikol Paşinyan iqtidarda qalır, bağlanmasa, iqtidardan gedir. Nəticədə Azərbaycan və Türkiyənin Ermənistana münasibəti müharibə müstəvisinə keçir...