
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
Böyük qələbənin 80 illiyini qeyd etməyə hazırlaşan millətin qara ləkəsi
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Bu acı tarixi heç vaxt unutmamalıyıq
Katın qətliamlarının 85-ci ildönümüdür
Kiminsə kölgəsinə sığınmaq birtərəfli asılılıq yaradır, milli kimlik itir
Polisi Heminquey oxuyan yeganə ölkə
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
... Yaxud zamanı qabaqlayan yazıçı
Baş nazir, nazir və prezidentin 3 ildə ar-arda Moskvaya səfəri çevrilişlə bitdi
Ayaz Salayev: “Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim”
İnsan itkisini hesaba qatılmadığı döyüş – 400 mindən çox itki hesabına keçilən Dnepr
Tarixə böyük marağım var, zaman-zaman müxtəlif tarixi hadisələr haqqında öz fikirlərimiz yazmağa, publik çıxışlarımda tarixi analogiyalara yer verməyə çalışmışam. Çünki, “keçmiş yoldan asılılıq” prinsipi var, heç nə boş yerdən yaranmır, coğrafiya dəyişmir deyə, bəzən hadisələrin forması dəyişsə də, məğzi, yüzillərlə eyni qalır.
Bir neçə gün öncə Ermənistanın Baş Naziri Paşinyan çox maraqlı və vacib mövzuda diskurs açdı – İsveçrədə erməni diasporu qarşısında çıxış edərkən Osmanlı zamanı baş vermiş faciəvi hadisələr haqqında danışıb, “erməni genosidi” məsələsinin köklərinə baxmağı təklif edib. Təbii ki, bu çıxış Ermənistanda böyük hay-küy yaratdı, müxalifət, tarixçilər, Paşinyanı topa tutdular. Onların davranışı anlaşılandır – erməni mifoloji kimliyinin təməl daşlarından biri məhz “genosid” məsələsidir. O daşın “tərpənməsi” bir çox miflərin də dağılmasına səbəb ola bilər.
İlk öncə təklif edirəm ki, biz Azərbaycanda bu məsələni ciddi müzakirə edək, və ən əsası, Ermənistandakı daxili diskursa mane olmayaq – əgər, “hə, gördünüz, Paşinyan da deyir ki, “genosid” olmayıb”, kimi primitiv yanaşma göstərsək, Nikolun açdığı vacib mövzuya mane olmuş olacağıq. Əvvəla, Paşinyan elə deməyib, təklif edib ki, bu məsələnin hansı ölkələr tərəfindən istismar edildiyinə baxsınlar, hansı ziyanlı tərəflərinin olduğunu özləri üçün ayırd etsinlər. Buna mane olmaq, Paşinyanın rəqiblərinə haqq qazandırmaq olmaz.
Bu mənada mövqeyimiz qardaş, əsl müttəfiqimiz Türkiyədən irəli gedə bilməz – Türkiyə Osmanlının süqutuna doğru baş verən hadisələri böyük faciə adlandırır, məncə, ən uğurlu ifadə, yanaşma da məhz budur.
Gələk məsələnin mahiyyətinə: SSRİ yarananda Lenin, ondan sonra da Stalin uzun illər bir arzu ilə yaşayırdılar – Türkiyə sosialist ölkə olacaq və sosializm “cəbhəsinə” qoşulacaq. Ona görə də, SSRİ 1950-ci ilə qədər heç vaxt “erməni genosidi” məsələsini qaldırmırdı. Türkiyə Cümhuriyyəti dahi Atatürkün strategiyasına uyğun olaraq 1923-dən 1950-ci ilə qədər virtuozcasına xarici siyasət yürüdərək həm SSRİ, həm də Qərblə normal münasibətlər saxlayıb öz maraqları çərçivəsində hərəkət edirdi. İkinci Dünya müharibəsindən sonra Stalinin ən böyük arzusu ya İstanbulu almaq, ya da Türkiyənin Bolqarıstan, Rumıniya və s. Şərqi Avropa ölkələri kimi sosialit düşərgəyə qatmaq idi. O zaman Türkiyə dövləti yeganə doğru qərar alaraq 1950-ci ildə NATO-ya üzv olmaqla özünü bu bəladan tam qorudu, gücləndi, təhlükəsizlik çətiri əldə etdi və bu gün NATO-nun ən güclü 2-ci ordusuna malik ölkəyə çevrildi.
Türkiyə NATO-ya üzv olan kimi SSRİ-də bu ölkəyə münasibət kökündən dəyişdi və həmən “erməni genosidi” məsələsi Türkiyə təzyiq etmək üçün gündəmə gəldi. Bu Qərbin də işinə yaradı – Türkiyənin ipə-sapa yatması çətin ölkə olduğunu bilirdilər, NATO-ya üzv qəbul edib SSRİ-yə qarşı ciddi bir addım atsalar da, Türkiyəni təzyiq altında saxlamaq üçün bu məsələnin SSRİ tərəfindən qaldırılmasından öz faydalarına istifadə etməyə başladılar, amma bu ayrı mövzudur.
Gələk SSRİ-yə və bildiklərinizi yadımıza salaq – totalitar ölkə, fərqli fikrə, başqa ideologiyalar qadağan idi. Belə bir zamanda “erməni millətçiliyinə” xidmət edən, yəni, SSRİ-nin ideoloji xəttinə tam zidd olan “genosid” məsələsi aktuallaşdı. Görünməmiş bir qərar verildi – 1964-ci ildə Ermənistan Kommunist Partiyasının birinci katibi Zarobyan “genosid” məsələsini SSRİ miqyasında qaldırdı və SSRİ KP-nin Mərkəzi Komitəsi İrəvanda “genosid abidəsinin” tikilməsinə qərar verirdi. Bu gün İrəvanda hər qonağı apardıqları həmin abidə 1967-ci ildə açılıb, erməni millətçiliyinin and yerinə çevrildi.
Yaxşı, SSRİ niyə belə təhlükəli ideoloji qərara verdi:
1. Dediyim kimi, NATO Türkiyəsinə təzyiq etmək üçün
2. Erməni xalqının nifrətini məhz türklərə yönəltmək üçün – çünki, 1915-də baş verən faciəvi hadisələrdə Rusiya İmperiyasının da böyük payı var. Erməniləri üsyana, Osmanlını arxadan vurmağa təşviq edən, onlara silah, ən əsası, yalançı ümidlər verən məhz Rusiya idi. Nifrətin ruslara qarşı deyil də, türklərə qarşı yönəldilməsi əsas hədəflərdən biri idi.
Paşinyan məhz bu məsələnin yenidən dərk edilməsinə çağırış edib – mane olmayaq, maraqlı müzakirədir. İmkan verək özləri bir qərara gəlsinlər.