

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
Ukrayna ilə mədən sazişini dayandıran ABŞ Afrika ölkəsinə üz tutur
Yaponiyanın baş naziri Siqeru İsiba israilli həmkarı Benyamin Netanyahudan sonra Donald Trampın ikinci prezidentiyi dönəmində Ağ Evdə qəbul etdiyi ikinci rəsmi şəxs oldu. Siqeru İsiba ölkəsinin ABŞ Prezidenti Donald Trampın hədəfinə gəlmədən onunla görüşdü, müzakirə aparmağa qərar verdi.
Donald Tarmp seçkidən əvvəl və sonra müxtəlif dövlətləri yüksək tariflərlə hədələsə də, hələ ki, Yaponiyanın ünvanına heç nə deməyib. Misal üçün Tramp Pekini ona görə tənqid edir və yüksək tariflərlə hədələyir ki, Çin ABŞ-la ticarətdə balansı öz xeyrinə pozub. Yaponiya da 2024-cü ildə ABŞ-la ticarətdə 56 milyard dollar müsbət ticarət balansına malikdir. Ancaq Çindən fərqli olaraq Yaponiya ABŞ-ın strateji müttəfiqdir. Buna baxmayaraq, Tramp müttəfiqləri də hədəf almaqdan çəkinmir. Ona görə də Siqeru İsiba Trampı qəzəbləndirrməməyə qərar verib. Donald Tramp Prezidentliyinin birinci dönəmində Yaponiyanın avtomobillərinə və poladına 25 faizlik rüsumlar tətbiq etmişdi. Bundan sonra Yaponiya ABŞ-dan ixrac etdiyi kənd təsərrüfatı məhsullarına rüsumları aşağı saldı və bunun hesabına Vaşinqtonla Tokio arasında ticarət müharibəsinin qarşısı alındı.
Siqeru İsiba Vaşinqtona getmədən əvvəl hökumət üzvləri ilə Tokionun ABŞ-la bağlı yeni strategiyasını müəyyənləşdirib. Yaponiyanın baş naziri amerikalı rəsmilərin diqqətinə çatdırıb ki, ölkəsi 5 ildir ABŞ-ın əsas xarici investorudur. Yaponiyanın “SoftBank Group” telekommunikasiya nəhəngi yaxın 4 ildə ABŞ-a 100 milyard dollar yatırım qoymağı planlaşdırıb. Bundan başqa “Japan Times” nəşrinin məlumatına görə, Yaponiya ABŞ-dan sıxılmış qaz ixracatını artıracaq. Digər tərəfdən Siqeru İsiba Alyaska üzərindən qaz boru xəttinin tikintisinə 44 milyard dollar yatırım qoymağa hazır olduğunu da bildirib. Tokio ABŞ-ın Yaponiyadakı hərbi bazalarının maliyyəsini artıracaq. Tokio bütün bu addımları ona görə atmağa hazırdır ki, Ağ Evin yeni sahibi Yaponiya ilə strateji tərəfdaşlıqdan imtina etməsin. Çünki Tokionun Vaşinqtonun müttəfiqliyinə ehtiyacı var.
Birincisi, Tokio Vaşinqtonun Hind və Sakit Okean bölgəsində hərbi fəallığını azaltmamasını istəyir. Əks halda, Çin bölgədə hərbi gücünü artırmaqla boşluğu doldurmağa çalışacaq ki, bu Yaponiyanın təhlükəsizlik maraqlarına ziddir. Bölgədə son zamanlar Çinlə Rusiyanın birgə hərbi təlimləri artıb. Çinin hərbi gəmiləri Yaponiya sularına daxil olur, adalarına yaxınlaşırlar. Yaponiya təkbaşına bunun qarşısını ala bilməyəcək.
İkincisi, Yaponiya ABŞ-la siyasi və hərbi ittifaqın davam etməsini istəyir. Tokio ABŞ-ın Tayvan adasının müdafiəsindən imtina etməyəcəyiə əmin olmaq istəyir. Tokioda hesab edirlər ki, Çin Tayvan adasını nəzarətə götürərsə, Pekin bölgədəki hədəflərini böyüdəcək. Tramp Yaponiya baş nazirinin narahatlığını dinləsə də, Tayvanla bağlı siyasətini hələ müəyyənləşdirməyib. Tramp Çinlə hərbi qarşıdurma istəmir. Buna baxmayaraq, Tramp Çin lideri Si Cinpinin “Tayvan Çinin olacaq” yanaşmasına hansısa şəkildə reaksiya verməli olacaq. Öz növbəsində Pekin Trampın başının daxili məsələlərə qarışdığını müşahidə edərək Tayvan ətrafında hərbi varlığını artırmağa çalışır. Təsadüfi deyil ki, Tayvanın hava sahəsində Çinə məxsus kəşfiyyat şarlarının sayı artıb. Hava şarlarıyla yanaşı Tayvan yaxınlığında uçan Çin hərbi təyyarələri, ada ətrafında üzən döyüş gəmiləri də müşahidə edilir. Hazırda bu vəziyyət Vaşinqtondan çox Tokionu narahat edir. Ona görə də Yaponiya baş naziri ABŞ Prezidentinin bölgəyə diqqəti artırmasını arzulayır.
“Atlas” Araşdırmalar Mərkəzi