
Distant təhsil müəmması
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Keyfiyyət üçün saatın çoxluğu yox, məzmun dəqiqliyi, metodika düzgünlüyü və müəllimin hazırlığı əsasdır
Süni intellekt, yoxsa bugünkü dünya təhsil sistemi?
Artan dövlət dəstəyinin ardınca təhsilin keyfiyyətini artırmağa çağırış
... Yaxud elmə, təhsil və ziyalıya hörmətin qoyulmadığı mühit haqqında bir qeyd
“Oxumaq, yazmaq, hesablamaq uşaqlarımıza insan olmağa kömək edəndə vacib olur”
“Ətraf mühit uşağın öyrənmə sürətini və keyfiyyətini təyin edir”
Dörd fundamental dəyişiklik tələb olunur
Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi?
Bəlkə günah mötərizə işarəsindədir
Yaxud dünya təhsil günündə Azərbaycan təhsilinin vəziyyəti
Səriştəli valideyn olmağın vacibliyi, yaxud təhsildə alman modeli
Hansı təhsilə üstünlük verməliyik?
Hətta iqtidarlar belə elmin tərəqqisinə mane ola bilmirlər (Leszek Kumor)
və ya tədris hansı dildə olmalıdır?
Elmlər doktoru alanların yaşı 60-dan yuxarı başlayır
Sabiq təhsil naziri Firudin Cəlilov müsahibəsində “Kurikulumu təhsilimizdən çıxarmaq lazımdır ki, şagirdlərimizin dili açılsın, onlar danışa bilsinlər” deyib.
Tək sabiq nazir olsaydı, reaksiya verməmək olardı. Müxtəlif platformalarda bir çox təhsil işçisinin kurikuluma münasibətini təxminən belə ümumiləşdirmək olar: “Birtəhər yola verirdik, kurikulum gəldi, hər şey alt-üst oldu”.
Kurikulumsuz təhsil mümkün deyil. Bütün fənlərin kurikulumları olmalıdır. Bütün beynəlxalq proqramların müvafiq kurikulumları var.
Yeni proqramı (tutaq ki, “Cambridge” və ya “Edexcel”, yaxud IB) tədris etmək istəyən müəllimin işi ilk növbədə müvafiq kurikulumu çox diqqətlə öyrənmək olmalıdır.
Çünki kurikulumda fənnin məqsəd və vəzifələri, metodik yanaşmalar, qiymətləndirmə meyarları, hansı mövzuların hansı ardıcıllıqla keçiləcəyi öz əksini tapır. Bunları bilmədən fənni uğurla tədris etmək mümkün olmaz.
Bu konteksdə Elm və Təhsil Nazirliyinin kurikulumları yeniləmə layihəsi çox yerindədir.
Artıq I-IV siniflər üçün Həyat bilgisi, V və VI siniflər üçün Təbiət fənləri, yuxarı siniflər üçün təbiət fənlərinin (həmçinin təbiət fənni olmayan digər fənlərin) kurikulumları təkmilləşdirilib.
Əgər əvvəllər uğursuz alınıbsa, bu kurikulumun problemi deyil.
Fərz edilir ki, kurikulum əslində onun əsasında yazılacaq dərsliyin prototipidir, yəni, bir neçə müəllif o kurikuluma əsasən dərslik yazsa, dərsliklər əsasən bir-birinə oxşamalıdır, çünki perspektivi kurikulum müəyyən edir.
Əvvəlki kurikulumda belə məzmun xətti var idi:
– Fiziki hadisələr, qanunlar və qanunauyğunluqlar
Bu əslində bütün fizikanı əhatə edən, həddən artıq geniş məzmun xəttidir ki, addım-addım konkretləşdirib təlim nəticələri əldə etmək çox çətindir.
Yeni kurikulumda 6 məzmun xətti müəyyən olunub ki, onlardan addım-addım, konkret təlim nəticəsinə keçmək mümkündür.
Kurikulum, 7-11-ci siniflər dövründə hansı mövzuların hansı ardıcıllıqla keçiləcəyinin detallı xəritəsidir, bu xəritə olmadan tədris prosesi qurmaq olmaz.
Uşaqların dilinin açılması üçün:
1. Pedaqoji fakültələrdə ciddi islahat lazımdır, proqramlarda təhsil sahəsindəki son illərdə əldə olunmuş yenilikləri əks etdirmir.
2. Təbiət fənlərinin saatı artırılmalıdır, həftədə 2 saatla fizika (kimya, biologiya və s.) öyrətmək olmaz.
3. Azərbaycan dili və ədəbiyyat dərsləri birləşdirilməli, dilin qaydaları və ədəbiyyatın düşünmə-mühakimə, özünüifadə imkanları vahid çərçivədə verilməlidir.
Ədəbiyyat dərsində çarşaf-çarşaf dastan, qəzəl verməklə, ana dili dərsində saysız hesabsız qaydaları öyrətməklə gözləmək olmaz ki, şagird dil açacaq, ana dilində düzgün danışmağı və mühakimə aparmağı öyrənəcək.
Bu gün ədəbiyyat və ana dili vasitə kimi yox, məqsəd kimi öyrədilir. “Qəzəl müqəddəsdir, icazə verə bilmərik gənc nəsil qəzəl əzbərləməsin”, yaxud, indiki dövrlə səsləşməyən Qaçaq Nəbi, Koroğlu şagirdlərə maraqlı gəlmir, həyatları ilə arasında əlaqə qura bilmirlər.
Bütün mətnlər ya folklordur, ya da “danlaq-nəsihət” ədəbiyyatı. Yaşlı nənələr və babalar yaramaz uşaqları danlayırlar.
Bu isə köhnə mentalitetin nəsihət şəklində forma dəyişdirib ideologiyalaşmasıdır ki, gənclərimizə dil açıb danışmağa, mühakimə aparmağa, düşünməyə imkan vermir.