

“Atəşkəs çağırışı Ukraynaya öz qüvvələrini yenidən təşkil etmək şansı vermək cəhdidir”
ABŞ beynəlxalq hüququ və əsasını özü qoyduğu qlobal nizamı saymamağa meyl edib
Avstraliyalı nazir: “İlk növbədə ABŞ administrasiyasının nə istədiyini öyrənmək lazımdır”
Qərb şirkətləri Sincan-Uyğur Muxtar Bölgəsindən geri çəkilir
Tramp Husilərə “görmədiyiniz cəhənnəmə şahid olacaqsınız” deyib
ABŞ və Çin arasında güc balansı necə formalaşır?
Mədən və ticarət müharibələrini artıra biləcək problem
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib
Rusiyanın pərdə arxasında nə işi var?
Onların əlində olan qabaqcıl silah-sursat bir çox ölkənin arsenalında yoxdur
Bakının Qarabağ adlı dərdi yoxdur, Bakı azaddır
Qlobal bazarlar diqqətlərini FED-in faiz qərarına yönəldir
Trampın məktubuna İrandan gecə yarısı cavab
ABŞ prezidenti tərs-tərs mikrofonu üzünə vuran müxbirə baxıb
ABŞ və Böyük Britaniya Səda və Zəmərə çəhərlərinə havadan zərbələri endirib
Deportasiya qorxusuna görə milyonlarla qanunsuz miqrant işləməkdən imtina edir
ABŞ Prezidenti Donald Trampın Ağ Evdə növbəti qonağı Hindistanın baş naziri Narendra Modidir. Bundan əvvəl Ağ Evdə İsrailin və Yaponiyanın baş nazirləri qəbul edilmişdi. Əgər İsrailin baş naziri Benyamin Netanyahu Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə etmişdisə, Yaponiyanın baş naziri Siqeru İsiba Ağ Evdə iqtisadi əlaqələrlə bağlı fikir mübadiləsi apardı. Məlumdur ki, Tramp ilk gündən müxtəlif dövlətlərin məhsullarına qarşı rüsumları artırmağa başlayıb. Yaponiyanın baş naziri Trampa müxtəlif vədlər verməklə, ölkəsini ABŞ rüsumlarından qorumuş oldu.
Hindistan da ABŞ-la ticarətdə qeyri-müəyyənlik istəmir. “Reuters” agentliyinin məlumatına görə, Hindistan hökuməti ABŞ məhsullarına tətbiq etdiyi rüsumları aşağı salmağı planlaşdırır. Modi Trampla müdafiə və texniki sahəsində əməkdaşlıq mövzularını müzakirə edəcək. İki ölkə arasında ticarət mübadiləsinin həcmi 120 milyard dollara yaxınlaşıb. Ağ Evin sahibi dəyişsə də, ABŞ əvvəlki kimi bölgədə Çinlə mübarizədə Hindistanla strateji tərəfdaşlığa əhəmiyyət verir. Donald Trampdan əvvəl Co Bayden də eyni siyasəti həyata keçirirdi. Tramp bu kursu davam etdirəcək.
Buna baxmayaraq, iki ölkə arasında gərginlik yaradan məqamlar var. Donald Trampın miqrantlara qarşı mübarizəsi çərçivəsində ABŞ-dakı hindlilər də ölkələrinə göndərilib. 104 hindli artıq Hindistana çatdırılıb, 487 nəfəri də eyni tale gözləyir. Ümumilikdə 16 il ərzində ABŞ-dan Hindistana 15 min hindli deportasiya edilib. Deportasiya edilən hindlilərin sayı çox olmadığına görə Dehli bununla bağlı Vaşinqtonla sərt polemika aparmaq istəmir. Tramp Hindistana qarşı rüsumların artırılması barədə açıqlama verməsə də, bu ölkə ilə idxal-ixrac əməliyyatlarını balanslaşdırmağa çalışacaq.
Narendra Modi Donald Trampla daha çox hərbi və texnoloji sahədə əməkdaşlıq mövzularını müzakirə etmək istəyir. Çinlə mübarizədə Hindistanın ABŞ-ın dəstəyinə ehtiyacı var. Doğrudur, son vaxtlar Dehli ilə Pekin arasında xüsusi gərginlik yoxdur, ancaq Hindistan Çinin bölgədə artan gücündən narahatdır.
Tramp birinci prezidentliyi dövründə Modi ilə iki dəfə görüşüb. Modi 2017-ci ildə ABŞ-a, Tramp isə 2020-ci ildə Hindistana səfər edib. Bundan başqa məhz Trampın birinci prezidentliyi dövründə iki dövlət QUAD (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) təşkilatını gücləndiriblər. ABŞ və Hindistan QUAD çərçivəsində hərbi əməkdaşlığı həyata keçirirlər. Bu çərçivədə bölgədə birgə hərbi təlimlər də keçirilir. Hindistan hər il ABŞ-dan milyardlarla dollar həcmində hərbi texnika alır. Hindistan son zamanlar pilotsuz uçuş aparatlarının alışına üstünlük verir.