

Ayaz Salayev: “Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim”
İnsan itkisini hesaba qatılmadığı döyüş – 400 mindən çox itki hesabına keçilən Dnepr
Dünyadakı vəziyyət 1930-cu illəri xatırladır ...
Yaxud Maltadakı gəmidə taleyi həll olunan Avropa
ABŞ müharibələr zamanı SSRİ-yə daha çox yardım edib ya Ukraynaya?
Azərbaycanda ideoloji siyasətin önü açılmalıdır
Stalin Leninin yəhudi əsilli olmasını niyə gizlədib?
Rusiya prezidenti keçmiş rəisinin anım mərasimində kövrəlib
Putin Şimal qütbü ilə bağlı açıqlamalar verib
... Yaxud Kremldəki “Ostap Bender”lərin yeni anti-Azərbaycan planları
Sanki Səməd Vurğun “Rəhbərə salam”ı yazanda, onların babaları əllərinə silah götürüb üsyan etmişdi?
Yazıçının qalmaqallı müsahibəsi və bizim Tarixə yanlış münasibətimiz...
Yaşına-başına, həyat təcrübəsinə rəğmən ortaya “dişə çəkiləcək” bir fikir qoya bilməyən “möhtərəm”
10 il ərzində darmadağın olan ölkəni ayağa qaldıran fenomen
Yaxud erməni miflərinin dağılmasına mane olmayaq
Yaxud ən kütləvi ölümlə bitən hücumu həyata keçirən komandirin taleyi
Lev Trotski bolşeviklər arasında Lenindən sonra ikinci adam sayılırdı. Amma Leninin ölümündən sonra başlayan hakimiyyət mübarizəsində Stalin qalib gəldi. Trotski hakimiyyətə gətirdiyi partiyadan 1927-ci ilin noyabrında xaric olundu və Alma-Ataya sürgün edildi. 15 ay sonra isə SSRİ-dən qovuldu.
12 fevral 1929-cu il. SSRİ-dən sürgün olunan Lev Trotski arvadı və böyük oğlu ilə İstanbula gəlir və bir müddət sonra Mərmərə dənizində Şahzadə adalarının ən böyüyü olan (adından da bilindiyi kimi) Böyükadadakı indi uçulmuş evdə məskən salır.
Onun Böyükadada məskunlaşması yəqin ki, təhlükəsizliklə bağlı idi. İstanbulda xeyli rus monarxisti vardı və onlar Trotskiyə nifrət edirdilər. Adaya nəzarət etmək daha asandır.
Trotski burada həm təşkilati işlərlə, həm də yazı-pozu ilə məşğul olur. Bir müddət Berlində, nasistlərin hakimiyyətə gəlişindən sonra Parisdə çıxan “Müxalifətin bülleteni” adlı qəzet təsis edir. Hələ Alma-Atada başladığı “Mənim həyatım” əsərini bitirir. Daha sonra “Rus inqilabının tarixi”, “Stalin saxtakarlıq məktəbi” kitablarını yazır. Bu kitablar, xüsusən də “Mənim həyatım” və “Rus inqilabının tarixi” dünyanın bir çox ölkələrində çap olunur və müəllifə xeyli qazanc gətirir.
Trotski Avropa ölkələrindən birinə köçmək istəyirdi. Amma SSRİ-də əksinqilabçı, bütün dünyada isə qatı inqilabçı kimi tanınan şəxsə sığınacaq vermək istəyən ölkələr çox deyildi. Nəhayət, 1933-cü ildə Fransadan viza alır və iyunun 17-də Böyükadanı tərk etdi. Sonra Norveçə gedir. Axırda Meksikada məskunlaşdı və 1940-cı ildə burada öldürülür.
Türkiyədə daha çox “Troçki evi” kimi tanınan evin əsl adı Sivastopol Köşküdür. Adanın Hamlacı küçəsində yerləşir. Uçulmuş vəziyyətdə olsa da qapısında “özəl mülkdür, icazəsiz girilməz” yazılır. Amma bəzi həvəskarlar girib foto, videoçəkiliş aparırlar. Ev haqqında məlumat azdır. Onun 1850-ci illərdə bir erməni tacir tərəfindən tikildiyi söylənilir.