“Boğaz əvvəlki vəziyyətə qayıtmayacaq”
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
13:48 | 13 fevral 2025 | Cümə axşamı
Məqaləyə 396 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
170 qız uşağına qıyan ağıl bizim tariximizəmi rəhm edəcək...
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Yaxın Şərqdə ən çox itki BƏƏ-nin payına düşüb
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Ölkədəki bütün millətlər bir himə bənddirlər
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizində İranın Cabahar limanı əhəmiyyətli yerdə dayanır. Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır. Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulmasının ümumi dəyəri isə 370 milyon dollardır.
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Çabahar limanını işlədilməsinin qarşısını almağa çalışır. Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Dehli Co Baydenin Prezidentliyi dövründə ABŞ-ın Çabahar limanının işlədilməsi ilə bağlı sanksiya qərarının ləğvinə nail olmuşdu. Çünki bu liman vasitəsilə Əfqanıstana humanitar yardımlar daşınır və bu ABŞ-ın da maraqlarına cavab verirdi. Həmin dövrdə ABŞ silahlı qüvvələri hələ Əfqanıstan ərazisində idi. İndi isə Vaşinqtonu Əfqanıstana humanitar yardımın daşınması maraqlandırmır. Əgər Tramp administrasiyası bu limana yaxınlaşan gəmiləri sanksiya siyahısına əlavə edərsə, bu Hindistanın limanın işlədilməsiylə bağlı strateji və maliyyə maraqlarına zərbə olacaq. Bu vəziyyətin “Şimal-Cənub” nəqliyyat dəhlizinə də mənfi təsiri olacaq. Ümumiyyətlə Tramp admnisitrasiyasının İrana qarşı sanksiyaları sərtləşərsə, bununla digər dövlətlər hesablaşmalı olacaqlar. Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücü ilə işlədilməsi üçün Rəşt-Astara dəmiryolunun tikintisini maliyyələşdirməlidir. Ancaq ABŞ sanksiyalarına görə müxtəlif dövlətlər İran üzərindən yük daşımalar həyata keçirməyəcəkləri halda dəmiryolunun əhəmiyyəti azalacaq. Təsadüfi deyil ki, illərdir Rəşt-Astara dəmiryolu barədə danışılsa da, tikinti hələ başlamayıb.
Hindistanın baş naziri Narendra Modinin Ağ Evdə Donald Trampla müzakirə edəcəyi başqa mövzular da var. Hindistan ABŞ-dan qırıcı təyyarələr və pilotsuz uçuş aparatları almaq istəyir. Tramp qazanc gətirən mövzulara maraq göstərir və ölkəsinin Hindistana hərbi texnikanın satışının əleyhinə olmayacaq. Tramp ölkəsinin Hindistandan aldığı məhsullar qədər bu ölkəyə satışı da artırmaq istəyir. Bu Trampın siyasətində ana istiqamətdir.