

Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
O, sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur
Vilayət Eyvazov nazir postunda ilk əməliyyat müşavirəsini keçirdi
Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu
Tanınmış mağazalar şəbəkəsi məşhur brendləri saxtalaşdırıraraq müştəriləri aldadırmış
FHN və DİN əməkdaşları hadisə yerində
«Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb»
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
Din faktorunda Azərbaycan cəmiyyətinin qardaş türkiyəlilərlə fərqi …
Din xadimlərinə maaş ödəməklə problemlər çözüləcəkmi?
Daxili Qoşunların qərargah rəisi istefaya göndərildi
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
Rəsul Mirhəşimli: «Azərbaycandakı ateistlər ancaq müsəlmanlara qarşı yönəliblər»
Hacı Məmmədovun bacısı jurnalistləri qınadı: «Nəyinizə lazımdır Hacının qəbri, axtarmayın!»
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
Şirvan şəhəri, Əli Bayramov küçəsi, ev 27 ünvanında yaşayan Elçin Nizami oğlu Mehtiyev milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub yazıb. «Qafqazinfo»nun xəbərinə görə, məktub Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəsmi saytında yer alıb.
Məktubun məzmunundan görünür ki, vətəndaş 14 və 18 may 2014-cü il tarixlərində Şirvanda MTN tərəfindən əməliyyat keçirilməsindən məmnunluğunu ifadə edib. Elçin Mehtiyev mayın 26-da yazdığı məktubunda Şirvan şəhər Polis İdarəsinin fəaliyyətindən narazı qaldığını da bildirib.
«Cənab Nazir! Mən bu sətirləri Sizlərə yazarkən qəlbimdə iftixar hissi keçirirəm.
Cənab Nazir!
Sizin qurumunuzun Azərbaycan Respublikasının tərəqqisi və inkişafı uğrunda necə böyük və əvəzsiz işlər gördüyünü, bütün azərbaycanlı vətəndaşlar bilirlər. Sizin terrorizm, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi kimi, çirkin əməlləri ifşa etmək kimi, gözəl əməlləriniz inkar edilməzdir.
Cənab Nazir! Sizin yaxınlarda, Şirvan şəhərində keçirdiyiniz uğurlu əməliyyat, bütün sadə Şirvanlılar kimi, məni də çox sevindirdi. Çünki, günü-gündən inkişaf edən və iqtisadi baxımdan fəxr olunası bir mərhələdə olan Azərbaycanımız, ən azından növbəti «nankor» vətəndaşlarından azad oldu. Biz çox gözəl bilirik ki, əmin-amanlıq içərisində yaşayan xalqımıza, millətimizə həsəd aparan xarici qüvvələr necə deyərlər «yatmirlar».
Cənab Nazir, Sizin iki dəfə keçirdiyiniz uğurlu əməliyyatınız sözün əsl mənasında Şirvan şəhər Polis İdarəsinin işləməməsini bir daha qabarıq şəkildə sübuta yetirdi. Çünki, ən azından hər gün işlədikləri şəhərin cinayət ünsürlərini daha yaxından tanıyırlar. Yaxşı ki Siz varsınız. Sizin belə uğurlu və məntiqli əməliyyatlarınız gələcəkdə neçə-neçə övladların narkotikdən uzaq bir şəraitdə yaşamaları üçün əlverişli şəraitlər yaratdı. Tanrı Sizləri qorusun! Sizin İdealınız olan Məhrum ölkə Rəhbərimiz, Ümummilli Liderimiz, ölməz Heydər Əlirza oğlu Əliyevə, Allah-tala qəni-qəni rəhmət eləsin!» - deyə, məktubda bildirilib.
Qeyd edək ki, mayın 14-də və 19-da Şirvan şəhərində MTN və nazirliyin yerli şöbəsi əməliyyat keçirib. Uğurlu əməliyyat nəticəsində 14 may tarixində Mirzəyev İsmayıl Rafiq oğlunun və Muradov Rəşad İlqar oğlunun, 19 may tarixində isə Əkbərov Teymur Fikrət oğlunun üzərindən və yaşadıqları ünvanlardan təxminən 10 kiloqrama qədər külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Həmin şəxslər saxlanılıb və istintaqa təhvil verilib.
Həbs edilən şəxslər Şirvan şəhərində uzun illərdir ki, narkotik sataraq insanları, gəncləri zəhərləməklə məşğul olublar. Mətbuatda yer alan məlumatlara görə, polis tərəfindən dəfələrlə həbs olunan bu şəxslər məhkəmə tərəfindən vaxtından əvvəl azadlığa buraxılıblar və yenidən əməllərinə davam ediblər.