23:20 | 5 iyul 2014 | Şənbə
Məqaləyə 8167 dəfə baxılıb
Şriftin ölçüsü
Xanım İsmayılqızının oğlu vəfat etdi
Fərid Əliyev ürək tutmasından dünyasını dəyişib (FOTOLAR)
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, mahnı bəstəcisi Xanım İsmayılqızının ailəsinə ağır itki üz verib.
Vaxt.az Lent.az-a istinadən xəbər verir ki, xanım şairənin oğlu Fərid qəflətən dünyasını dəyişib. Mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
ANS PRESS-in məlumatına görə, bu barədə şairənin sosial şəbəkədəki dostları məlumat verib. Onlar Xanım İsmayılqızına başsağlığı bildirməklə yanaşı, həmçinin mərhumun cavan olduğunu da təəssüflənərək qeyd ediblər.
Orta məktəbini Eldar Məmmədov adına 189 №-li tam orta məktəbdə oxuyan Fərid Əliyev 1996-cı ildə məzun olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub və oranı da uğurla bitirib.Xatırladaq ki, bu gün torpağa tapşırılan mərhumun üç mərasimi həftənin birinci günü, iyulun 7-də keçiriləcək.