vaxtlı-vaxtında oxuyun! Şənbə, 6 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
QƏZA, FACİƏ  
«BMW» və «Ford» yolu bölüşdürə bilmədi 13:26 | 13 iyul 2014 | Bazar Məqaləyə 2299 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«BMW» və «Ford» yolu bölüşdürə bilmədi

Qəzada yaralanan var

Salyan rayonu, Ələt-Astara yolunun 84-cü km-də «Ford» markalı mikroavtobusla «BMW» markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyi (FHN) saytının verdiyi məlumata görə, hər iki avtomobil deformasiyaya uğrayıb, «BMW» markalı minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 07:12-də başa çatıb.