Kukla “Boz kardinal”
Mehdiyevin idarəçiliyi Qalinanın əlində olub
15:36 | 5 sentyabr 2014 | Cümə
Məqaləyə 6604 dəfə baxılıb
Şriftin ölçüsü
Mehdiyevin idarəçiliyi Qalinanın əlində olub
“Boz kardinal”a sitayiş edənlərin siyahısı
Prezident Ramiz Mehdiyevi yüksək qurumdan çıxardı
Ramiz Mehdiyevin ailə üzvlərinə məhdudiyyət qoyulub
Ramiz Mehdiyev ev həbsini məşhur “təxribat villası”nda çəkmirmiş
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub; cinayət işinin detalları
Qaldı “Yastı Salman”larla, “Lal Hüseynlər”
“Boz kardinal”ın daxildəki “Ohanyan xətti” necə darmadaöın edildi
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur
Hektarlarla torpaq, onlarla şirkət, yüzlərlə ev-mülk
Özünü “sürgündə olan Napoleon kimi” hiss edən Mehdiyev missiyasından əl çəkmədi
Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
Ramiz Mehdiyevi hansı cəza gözləyir?
... Yaxud səssiz işğalın “Mehdiyev modeli”
Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, korrupsiya və çirkli pulların yuyulması
Bu ilin avqust ayının ilk ongünlüyündə, qoşunların təmas xəttində atəşkəs ciddi şəkildə pozuldu. Azərbaycan və Ermənistan tərəfi xeyli itkilər verdi. Atəşkəs xəttində baş verən insident Azərbaycan mediasında fərqli formada işıqlandırıldı.
Cəbhə bölgəsindən yayılan dezinformsiyalar arxa cəbhədə təlaş yaratmaqla yanaşı, sanki ordunun müdafiə gücünə ağır zərbə vurmağa da hesablanmışdı.
Xüsusilə, müharibə qoxusunun hiss olunduğu cəbhəyanı bölgələrdə yaşayan insanların psixoloji məqamlarını diqqətdən qaçıran Azərbaycan mətbuatı, «dərin» düşünməyi bacardı. Afərin!
Bu təlaş yaradan informasiyaların bilərəkdən, yaxud da bilməyərəkdən sosial şəbəkələrdə, informasiya resurslarında gen-bol işıqlandırılmasına «dur!» deyən olmadı.
Bir sözlə, ümumilikdə Azərbaycan mətbuatı bu məsələdən üzüağ çıxa bilmədi. Bu ləkə ümumi medianın adına yazıldı.
Düşmən kəşfiyyatının bazasını genişləndirən «mətbuatımız», Azərbaycanın müharibə şəraitində yaşadığını, torpaqlarımızın 20 faizinin işğal altında olduğunu unutdu.
Azərbaycan ordusunun zirehli texnikaları, səngərlərə gedilən gizli yollar çılpaqlığı ilə nümayiş olundu.
Maraqlı tərəflərdən də biri odur ki, «cəbhə xəbərləri» tirajlayan bəzi media qurumları Ermənistan kəşfiyyat orqanlarını əməlli məlumatlandırdı.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev cəbhədə sakitlik bərqərar olduqdan sonra mətbuat nümayəndələri ilə geniş toplantı keçirdi.
Toplantıda Azərbaycan mətbuatının biabırçı vəziyyəti tənqid olundu. Vurğulandı ki, bəzi internet xəbər saytlarının bir-birinin bəhsinə dayanaraq, informasiyanın (fərqi yoxdur, dəqiqdir, yoxsa dezinformasiya) birinci çatdırılması yönündə hərəkətləri acı məqamlar nümayiş etdirdi.
Təcrübə göstərir ki, dünyanın hər hansı ölkəsində fəaliyyət göstərən media quruluşları həmin ölkənin milli maraqlarına, təhlükəsizliyinə qarşı iş aparırsa, o, ciddi şəkildə cəzalandırılır.
Eyni hal Azərbaycanda da yaşana bilərmi?
Modern.az saytına daxil olan məlumata görə Azərbaycanın milli təhlükəsizlik məsələsində qanunları pozan media qurumlarının cəzalandırılacağı gözlənilir.
Hətta veriləcək cəza çərçivəsində bir neçə saytın bağlanacağının da qaçılmaz olduğu bildirilir.