vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
14:15 | 25 avqust 2015 | Çərşənbə axşamı Məqaləyə 1521 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bankirin bacanağı «Bandotdel»də

Qohumu Cahangir Hacıyevin güdazına gedib

Ölkənin əsas bankı olan Beynəlxalq Bankın müflis olması ətrafındakı səs-küylü istintaq araşdırmaları belə görünür ki, tədricən bu işin əsas fiqurantına - bankın sabiq rəhbəri Cahangir Hacıyevə doğru yönəlir. Belə ki, Cahangir Hacıyevin bacanağı, biznesmen İsmayıl Hidayətzadə həbs edilib.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumata görə, İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İstintaq bu kreditlərin təyinatı üzrə xərclənməsinə şübhə ilə yanaşır.

Qeyd edək ki, İ.Hidayətzadə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin («Bandotdel») istintaq təcridxanasında saxlanılır.