vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
KRİMİNAL, CİNAYƏT  
09:26 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 1330 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

5 zorlama, 113 xuliqanlıq, ...

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər

Gülşən RAUFQIZI

Azərbaycanda 2015-ci ildə sərxoş vəziyyətdə törədilmiş cinayətlərin statistikası məlum olub. Modern.az əldə etdiyi statistik məlumatlara əsasən xəbər verir ki, ölkədə baş verən cinayət hadisələrindən 572-si sərxoş vəziyyətdə törədilmişlərdir.

Hadisələrdən 105-i ağır və xüsusilə ağır cinayətlər, 19-u qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 31- qəsdən sağlamlığa ağır zərər vurma, 5  zorlama və zorlamaya edilən cəhddir.

Rəsmi statistikaya görə, hadisələrdən 44-ü oğurluq, 11-i mənzillərdən oğurluq, 9-u soyğunçuluq, 6-sı quldurluq, 1-i dələduzluq, 113-ü xuliqanlıq, 2-si narkotik vasitələrlə bağlı cinayətlərdir.

Zərərçəkənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı isə 36-dır.

Ümumilikdə sərxoş vəziyyətdə cinayət törədən şəxslərin sayı 691 nəfərdir.

Onlardan 348 nəfəri məhkum olunub. Qeyd edək ki, bütün işlər üzrə cinayət işləri tamamlanıb və ya sadələşdirilmiş icraat üzrə yekun protokolu təsdiq edilib.