Həmişə bizimlə
Ölümün hünəri varsa, Ağaxanın səsini də aparsın!
Rafael HÜSEYN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Gözəllik baxanın gözündədir”
Niyə bəzi müğənnilərin səsini daha çox bəyənirik?
-
Muğam ifaçılığında məxsusi yeri olan sənətkar
Sara Qədimovanın 100 illiyi münasibətilə tədbir keçirildi
-
... O Üzeyir olmasın, bu Üzeyir olsun
Modern Avropanın seçimi ...
-
Azərbaycan muğamının bayramı
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
-
O gecə və bu gecə Alimlə
Bu adam cazibəsində əsir olduğunuz ənginilikdəki işıqdır
-
İlin ilk muğam axşamı
Tarzən və xanəndə Şirulla İmanovun xatirəsi yad edilib
-
Dünyanın mədəni irs xəzinəsindəki sənət incimiz
26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür
-
Musiqi düşüncələrim
Muğam təhsilindəki müasir problemlər
-
Anomal istilər gəlir
Nazirlik xəbərdarlıq yaydı
-
Temperatur sürətlə yüksəlir
Bakıda yağmursuz və küləkli hava olacaq
-
Bayram günü cənnət havası
Mülayim cənub küləyi əsəcək
-
Bəşəriyyətin mədəni irsində Azərbaycan xəzinəsi
Muğam sənətimizin UNESCO-nun siyahısına daxil edilməsinin ildönümü qeyd edilib
-
Martın 9-dan hava pisləşəcək
Nazirlik xəbərdarlıq yaydı
-
Daşdan çörək çıxara bilməyənlər
«Bax, bu saat cibimdə 80 qəpikdən artıq pul yoxdur…»
-
Martda hava necə olacaq?
Azərbaycanda bahar iqlimi
-
Temperatur yüksəlir
Bakıda mülayim külək əsəcək
Qədim, gözəl Türkan torpağı dekabrın 26-da əziz bir övladını qoynuna alaraq daha da müqəddəsləşəcək. Böyük sənətkarımız Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşdı, dünyanın çox ölkələrinə səfərlərə çıxdı.
Bütün gördüklərini görəndən sonra onun üçün şəhərlərin, kəndlərin, məskənlərin ən munisi Türkan imiş.
Həyatdakı son arzusu da məhz ata-baba yurduna, sevimli Türkana qovuşmaq oldu.
Əslində Ağaxan lap çoxdan məlahətli avazında əbədiləşmiş oxuları ilə bu xalqın varlığına, ruhuna qarışıb və indən belə yüzillər boyu Ağaxan bu millətdən, bu eldən ayrılmaz!
Abşeronda – muğam aşiqləri və bilicilərinin bu bol yerində Ağaxanı elə sənətə lap təzə gəldiyi çağlardan seviblər, xətrini də, sənətini də uca tutublar. Lakin Ağaxan bir Abşeronun istəklisi deyildi ki!
Onu Azərbaycanın dörd bucağında sevirdilər.
Xatırlayıram, 1991-ci ildə, Azərbaycanımız üçün çox əlamətdar və unudulmayacaq bir gündə, Dövlət Müstəqilliyimizin bərpa edilməsi haqqında Konstitusiya aktının qəbul edildiyi tarixi saatlarda Ağaxan mənim xahişim və dəvətimlə əmoğlumun toyunu aparmaq üçün Kürdəmirdə idi.
Camaat ona oxumağa imkan vermirdi.
Hər zənguləsini, hər şirin boğazını, hər gəzişməsini kəsilməyən alqışlarla müşayiət edirdilər.
Oxuduğu misraların sözləri bu heyran alqışların selində əriyib-itirdi.
Mən Ağaxana lap yaxın yerdə oturmuşdum. Dinləyənlərin belə ifrat vəcdə gəlməsindən, xanəndəyə tam ürəyi istəyən kimi asudə oxumasına maneçilik törədiliyindən bir az narahat kimi oldum, elə bu ovqatla yerimdə qurcuxdum, sual dolu nəzərlə Ağaxan sarı baxdım.
Arif adam idi, ustad xanəndə olduğu kimi məclisin damarını dərhal tutan meydan ustası, hal əhli idi və nigaranlığımı sezərək gülümsündü, gözü ilə «hər şey əladır» işarəsini verib məni toxtatdı.
Tar-kaman rəngə keçəndə əyildi mənə sarı: «Hayıf deyil! Ölmürəm belə qulaq asanlardan ötrü! Onlar özləri coşduqca məni də coşdururlar».
...Ağaxan Abdullayev nə oxuyubsa yaxşı oxuyub və həmişə yaxşı oxuyub. Amma şəxsən şahidi olduğum iki məclisdəki xüsusi şövqlə oxuması mənə bütün sənət yolu boyu oxuduqlarından daha üstün gəlib.
Bir Kürdəmirdəki həmin toyda, bir də 1989-cu ilin martında Filarmoniya səhnəsində, Hacıbaba Hüseynovun 70 illiyi gecəsindəki oxuları.
Kim nə deyir desin, xanəndədən ötrü, əsl sənətkar üçün məclisin, ətrafındakıların, onu kimin dinləməsinin, hansı şəraitdə oxumasının müstəsna əhəmiyyəti var.
Çoxda ki səs həmin səsdir! Mühit, şərait, məqam o səsin də açılmayan qatlarını, başqa vaxtda zühur eləməyən lətafətlərini üzə çıxara bilir.
Hacıbaba ustadın gecəsinə toplaşan və həmin axşam oxuyanların hamısı, başda Hacıbaba özü olmaqla nəhənglər idi.
O axşam Filarmoniya səhnəsi elan edilməmiş bir yarış meydanına çevrilmişdi.
Ağaxan o gecə, mənim nəzərimcə bütün səhnə yolunun zirvəsində idi.
Elə oxudu ki, hamı valeh oldu.
Hacıbaba müəllimlə yanaşı oturmuşduq. Ağaxan oxuduqca 2-3 dəfə mənə baxdı. Gözləri dolurdu, qəhərlənirdi.
Elə Ağaxan özü də oxusundan çox məmnun idi. Bu məmnunluq çöhrəsində də görünürdü. Axı həmişə lap candan istəsən də, çalışsan da tam könlün uman alınmır axı.
O günsə Ağaxan yerdə deyildi, buludların üstündə, duyğuların fövqündə idi!
İrəlicədən bütün iştirakçılarla şərtləşmişdik ki, bu yubiley axşamında hərə yalnız bir musiqi nömrəsi ifa edəcək.
Ağaxan oxuyub qurtardı. Zal əl çəkmirdi. Filarmoniya alqışlardan titrəyirdi.
Və Ağaxan Abdullayev o axşam tək xanəndə, yeganə müğənni oldu ki (təbii, yubilyardan savayı) ikinci dəfə oxumağa vadar edildi.
O gecə bir ayrı gecə idi!
...Çox ağırdır. Mənə son dərəcə əziz olan insanla bir daha həmsöhbət ola biləməyəcəyimə, bir daha onu görə bilməyəcəyimə inanmaq və bu acı həqiqətlə barışmaq çətindir.
Ağaxan Abdullayev XX yüzil Azərbaycan xanəndəlik məktəbinin ən parlaq ulduzlarının ənənələrini ləyaqətlə yaşadan bir mahir sənətkar idi.
Şeiriyyata aşinalığı, səsinin ecazkarlığı, muğam yollarına dərindən bələdliyi, təmkini, sanbalı, xeyirxahlığı, nəcibliyi, oturuşunu-duruşunu, danışdığı sözün çəkisini bilməsi, bir məclis adamı üçün mühüm olan şuxluğu, duzu ilə o, bir bütöv idi və təkrarsız idi.
O qədər də sinli olmamasına rəğmən ağsaqqal sayılan, canlı klassik kimi qavranılan şəxsiyyətli xanəndə idi.
Onun gedişi ilə muğam səltənətimizdə yeri heç vəchlə doldurula, əvəzlənə bilməyəcək dərin bir boşluq yaranır.
Əlbəttə, yetirmələri var, dəst-xətti, yolu, məktəbi davam edəcək.
Lakin ikinci Ağaxan daha heç vaxt olmayacaq!
...Əziz Ağaxan ustadla kədərli ayrılıq anı da yetişdi!
Neyləməli, ölüm Allahın əmri!
...Onun yeri həmişə görünəcək, amma onun səsi də həmişə, bütün gələcək illərdən eşidiləcək!
Əcəlin insana, onun vücuduna gücü çata bilir.
Ancaq ölüm qələmin, sözün, ilahi avazın qarşısında acizdir!
Hünəri varsa, Ağaxanın səsini də aparsın!
Bacarmaz!
O səs daim bizimlədir!
25 dekabr, 2016