
Tramp xəta adlandırdı
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Keçmiş mer: “Ən böyük səhvimiz diplomatiyanı yalnız amerikalılara buraxmaqdır”
Sandu: “Bizi Avropa Birliyinə qarşı hibrid hücumlar üçün platformaya çevirmək istəyirlər”
Bu gün Avropa Birliyinin paytaxtı Brüsseldə, Avropa Parlamentinin binasında «Avropa İttifaqı -Azərbaycan əlaqələri – münasibətlərin daha yüksək səviyyəsinə doğru» başlığı altında siyasi dinləmələr keçirilib.
Modern.az saytı xəbər verir ki, dinləmələr Avropa Parlamentinin üzvü Heydi Hautala və Andrey Mamıkinin, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradovun təşəbbüsü ilə təşkil olunub. Avropa Siyasət mərkəzi, LİNKS kimi GHT-lərin təşkilatçılığı ilə baş tutan dinləmələrdə Avropa Parlamentinin üzvləri, Avropa vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların və siyasi qrupların nümayəndələri, habelə tədbirə xüsusi dəvət almış tanınmış siyasətçilər iştirak ediblər.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev dinləmələrdə Azərbaycan – Avropa İttifaqı əlaqələrinə dair geniş məruzə ilə çıxış edib.
Azərbaycan – Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avropa Xarici İşlər xidmətinin Şərq tərəfdaşlığı şöbəsinin müdir müavini Adriano Martins, Avrasiya Tədqiqatları Mərkəzini, Global Enerji Mərkəzini və eləcə də Atlantik Şuranı təmsil edən, ABŞ-ın Azərbaycanda sabiq səfiri Metyu Brayza, Avropa Siyasət mərkəzinin siyasi məsələlər üzrə baş tədqiqatçısı Amanda Pol mövzu ətrafında çıxışlar edib və Azərbaycanla Avropa İttifaqı arasında hazırlanmaqda olan yüksək səviyyəli əməkdaşlıq Müqaviləsinin əhəmiyyətindən, Müqavilədə nəzərə alınmalı olan xüsusiyyətlərindən və ümumiyyətlə, Azərbaycan – Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivlərindən danışıb, eləcə də Cənubi Qafqaz regionunda mövcud durum, Azərbaycan – Ermənistan münaqişəsi barədə ətraflı məlumat veriblər.
Panel iclaslarında çıxış edən LİNKS qeyri-hökumət təşkilatının direktoru Denis Sammut, Avronest PA-da MM-in nümayəndə heyətinin üzvü Rövşən Rzayev, Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədr müavini Kamran Bayramov, İqtisadi və sosial inkişaf üzrə Elmi Mərkəzin tədqiqatçısı Əhməd Əlili çıxış edərək, Avropa İttifaqı – Azərbaycan qarşılıqlı münasibətlərinin müxtəlif istiqamətlərində inkişaf və əməkdaşlıq potensialından danışıblar.
Tədbirin sonunda çıxışçılar tədbir iştirakçılarının və media nümayəndələrinin suallarını cavablandırıblar.
Sonrakı günlərdə Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsində və Avronest PA-da Milli Məclisin nümayəndə heyətləri öz səfərlərini Avropa Parlamenti üzvləri ilə görüşlərlə davam etdirəcəklər.