vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
OLAY  
21:10 | 6 aprel 2017 | Cümə axşamı Məqaləyə 1757 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dostlarını tanımır

Meyxanaçı Kərim yaddaşını itirib, vəziyyəti yaxşı deyil...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün insult keçirən məşhur meyxanaçı Kərim Novruzovun vəziyyəti yaxşı deyil. Onun yaddaşı itib, yaxınlarını, dostlarını çətinliklə tanıya bilir.

Bunu azvision.az-a K.Novruzovun sənət yoldaşı Ağamirzə Məmmədov deyib. Onun sözlərinə görə, Kərim bir neçə gün reanimasiyada qalacaq.

«Yanına çox adamı buraxmırlar. Gündə bir dəfə ailəsindən kimsə onunla görüşə bilir. Həkimlər deyib ki, hələ bir müddət reanimasiyada qalacaq. Vəziyyəti düzələrsə, palataya köçürəcəklər. Kərim çox adamı tanımır.

Bizim üçün də gözlənilməz oldu. Kərimin halı birdən-birə pisləşib. O, qəfildən insult keçirib. Səbəbini hələ bilmirik. Bəlkə, fikir edib, ya da əsəbiləşib. İnsanın yaşı artdıqca belə təhlükələrlə üz-üzə qalır».