«İt demə, ol dəxi bizim birimiz»
Goranboylu oliqarx itlərinə məclis qurdu, «evləndirdi»: «Azərbaycan demokratik ölkədir, zarafat eləmişik…»
Gülnar ƏLIYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Goranboydan sel keçib
Ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib
-
«Heç bir...»
İtinə toy edən iş adamı danışdı: «Dostum qayıtdı ki, gəl Cona deyək, guya itlərə toy edirik...»
-
Çanaq balabançının başında çatladı
Goranboyda «İtlərin toyu»nda ifa edən Haqverdi Əliyev Aşıqlar Birliyindən qovuldu
-
«İnsanlar bizə paxıllıq edir»
Yeni ailə quran itlər «danışdı»: «Hər gün onun üçün üzüyuxarı hürürük»
-
İtlərinə toy edən iş adamı videonu yayan şəxsi məhkəməyə verir
Qalib Mustafayev: «O itlər o görüntüləri mətbuata sızdırandan şərəfli və etibarlıdırlar»
-
Gəl qadan alım, ay İsida...
Əvvəllər atlar öləndə itlər bayram edirdi, indi isə evlənirlər...
-
İtlərin bayramı…
... və ya Amonun və İsidanın dili ilə oxuyan aşıq
-
«Rayona çevriləcək...»
General Balasanyan erməniləri Talışa qaytarmaq planını açıqladı
-
«Faciəyə yol açır»
Deputatdan evin tək oğlunun cəbhəyə göndərilməsinə etiraz
-
ANAMA iş başında
Son 6 gündə 45 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib
-
«Salam, Vazgen!»
Erməni zabit: «Azərbaycan ordusu 40 km mövqelərimizi əzib keçdi...»
-
«Hamınız bizdə qalın...»
Şəhidin son mesajı, qəhrəmanlarımızı daha yaxından tanıyaq
-
Lələtəpə və Talış yüksəkliklərinin əhəmiyyəti nədir?
Hərbi ekspert: «Bu yüksəkliklər ordumuza imkan verir ki, bir neçə saata ...»
-
«Heç olmasa mənəvi şəhid verməyək»
«Cəmiyyətdə tolerant düşüncə qıtlığı var»
-
«Ölülərlə müharibə aparmırıq»
«Erməniləri vəhşiliklərini edə bilmərik»
-
«Bir saylı dərdimiz»
Ən effektiv yol güclü müttəfiq dövlət tapmaqdır
Goranboy rayonunda fəaliyyət göstərən iş adamı, bir neçə şirkətin sahibi, «Galib Group» MMC-nin rəhbəri Qalib Mustafayev Doberman cinsindən olan itlərinin şərəfinə içkili, sazlı-sözlü məclis qurararaq onları «evləndirib».
Virtualaz.org xəbər verir ki, bu məclisdən videogörüntüləri avtosfer.azsaytı yayıb. Kadrlardan görünür ki, məclis biznesmenin şirkətlərindən birinin həyətində, açıq havada təşkil olunub.
Məclisdə iştirak edənlər «Amon» və «İsida» adlı itlərin şərəfinə sağlıq deyir, onlara xoşbəxtlik arzulayır. İtlərin «evlənməsi» şərəfinə xüsusi tort da sifariş verilib. Məclisi aşıq və onu müşaiyət edən balabançı şənləndirir. «Bu gün dobermanın toyudu, çal ay Haqverdi, qoy məclisimiz şad olsun…»-çox güman ki, adı Haqverdi olan aşıq şövqlə oxuyur.
Bildirilir ki, Q. Mustafayev əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib. Qalib Mustafayev «Evalar», »Regular», «Supermax» firmalarının rəhbəridir. Bu firmaların hamısı «Qalib Group» MMC-nin tərkibindədir. Onun «Bentley» və «Jeep Wrangler» markalı maşınlara sahib olduğu bildirilir. Oğlunun və qızının da bahalı «Porshce», «Mercedes» və «Jeep» markalı maşınları var.
Goranboy rayon İcra Hakimiyyətinin saytında göstərilir ki, «Galib Group» MMC rayonun ən iri sənaye şirkətlərindən biridir. Rayon iqtisadiyyatında xüsusi paya malikdir.
«2003-xü ildən fəaliyyət göstərən müəssisə 2014-cü ildə də bir çox uğurlara imza atıb. Bu dövr ərzində müəssisənin məhsulları bir neçə beynəlxalq sərgilərdə nümayiş etdirilib. Müəssisədə məişət avadanlıqları, mətbəx və ofis mebelləri, inşaat arabaları, müxtəlif ölçülü yük arabaları, bellər, plastik su çənləri, antenn çanağı, plastik boru və aksesuarlar istehsal olunur. Müsəsisədə iri tutumlu su çənləri istehsal edən yeni sahə yaradılmışdır. Müəssisə bir neçə markaya sahibdir. Bunlar «Reqular», «Oplas», Durmaz», «Dizayn» markalarıdır və bu markaların Azərbaycanda patenti yalnız «GALİB GROUP»a məxsusdur. Müəssisədə 100 nəfərdən artıq işlə təmin olunub»-İcra Hakimiyyətinin saytı yazır.
Q.Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir, Azərbaycana elektronika mallarının idxalı ilə məşğul olur. Lakin Mustafayev qardaşlarının hazırda pensiyada olan bacısı, 35 il müəllimə işləmiş Nüşabə Mustafayeva dolanışıqdan şikayətlənir və sosial vəziyyətinin ağır olmasına etiraz edərək müxalifətin təşkil etdiyi mitinqlərə qatılır.
Virtualaz.org Goranboyda baş tutan «it toyu» ilə bağlı Qalib Mustafayevin özüylə əlaqə saxlayıb. Biznesmen açıqlamasında yazılanların «ağ yalan olduğunu» və əslində sadəcə olaraq yaxın dostları ilə yeyib-içdiklərini, zarafatlaşdıqlarını bildirib. Onun sözlərinə görə, bu görüntülər rəqibləri tərəfindən mətbuatda məqsədli şəkildə yayılıb.
«Mən iş adamıyam, şirkətlərimdə yüzlərlə adama çörək verirəm. Goranboy rayonunun inkişafı üçün sərmayə qoyan adamam. Bu ağ yalandır, mənim nüfuzuma zərbədir»,- deyə biznesmen bildirib.
Bəs üzərində itlərin təsviri olan tort və aşığın itlərin şəninə mahnı oxuması necə olsun? Biznesmen bu kadrları təkzib etməyib, bir daha 4-5 nəfər dostu ilə yığışaraq yeyib-içdiklərini və zarafatlaşdıqlarını bildirib. Biznesmen həmçinin bildirib ki, onun nüfuzdan salmaq üçün belə bir yola əl atan rəqiblərini məhkəməyə verəcək: «Azərbaycan demokratik ölkədir, hər kəsin yeyib-içmək, zarafatlaşmaq hüququ var. Dörd nəfər dostla, 1 kilo ət alıb bişirmişik, yeyib içmişik, bunu mətbuata çıxararaq şişirdiblər. Bizi sevməyənlər o qədər var ki, rəqiblərimizin işidir».
Biznesmen həmçinin bildirib ki, artıq şübhələndiyi adam da var və onu işdən çıxarıb.
Bu əhvalat bizə Azərbaycanın dahi şairi Seyid Əzim Şirvaninin «Hacı və molla əhvalatı» qəzəlini saldı. Həmin qəzəlin qəhrəmanı olan Hacı ölmüş Bozdar adlı itini dəfn etmək üçün molla çağırır. Molla Bozdarı kəfənləyib qəbiristanlıqda dəfn etməyin və ruhuna «Yasin» oxumağın da dinə zidd olmadığını sübut etməyə çalışır. (vaxt.az)
SEYİD ƏZİM ŞİRVANİ
HACI VƏ MOLLA ƏHVALATI
(Köpəyə ehsan)
Var idi Şahsevəndə bir hacı,
Şahsevənlər təmam möhtaci.
Sahibi-dövlət idi çox ol kəs,
Naqəvü kusfəndü çoxlu fərəs.
Vardı Bozlar adında bir köpəyi,
Qoyunun pasibanı, at köməyi.
Əzqəza, bir gün öldü Bozlari,
Oldu haci onun əzadari.
Edibən qüsl, hazır etdi kəfən,
İzzət ilə götürdü çox yerdən.
Qazıb əhli-qübur içində məzar,
Oldu mədfun qəbr-ara Bozlar.
Verdi Bozlara yeddi gün heyrat,
Istədi həqdən ona həsənat.
Hali olmuş bu halə bir molla,
Çəkdi fəryad, qıldı vaveyla.
Dedi: - Va milləta! Nədir bu xəta,
Zaye oldu şəriəti-qərra.
Dindən çıxdı bu güruhi-əvam,
Bərtərəf oldu hörməti-islam.
İt nədir, dəfnü kəfnü qəbristan,
Getdi əldən şəriətü Quran.
Mindi bi at molla, düşdü yola,
Ta gedir məhşər eyləsin bərpa.
Çatmamışdı hənuz o hiylətgər,
Verdilər haciyə bu halı xəbər-
Ki, filan molla qilü qalə gəlir.
Dedi: - Yox, özgə bir xəyalə gəlir.
Sürüdən tez ayırdı əlli qoyun,
Dedi: - Siz bunları yol üstə qoyun.
Özü çıxdı onun qabağinə,
Mollanın keçdi solü sağinə.
Dedi: - Ey naibi-imami-zəm an,
Sənə olsun atam-anam qurban!
Öldü Bozlar, ah, sındı belim,
Kaş gözündən bataydı cümlə elim.
Necə Bozlar, o çapükü huşyar,
Pəncədən şirü yelgədən kaftar.
Canavar ondan eylə qorxardı-
Ki, sədasın eşitcək ağlardı.
Hafizi-xeylü pasibani-rəmə.
Gecə-gündüz olan şəbani-rəmə.
Sahibi-dövlət ilə malım idi,
Baisi-sərvətü cəlalım idi.
Çox idi gərdənimdə həqqi mənim,
Dedi: - Olsun hərirdən kəfənim.
Hər vəsiyyət ki, etdi qıldım əməl,
Bir vəsiyyət sizinçün etmiş əzəl.
Söyləyib siz cənabə əlli qoyun,
Demişəm onları yol üstə qoyun.
Qoyun adın eşitdi çün molla,
Dedi: - Əhsən bu halə, nami-xuda!
İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.
Rəhməti-həqqə ol düçar olsun,
Səgi-Əshabi-kəh fə yar olsun.
Oxuyub sidq ilə ona yasin,
Özü də saxladı onun yasin.