Çanaq balabançının başında çatladı
Goranboyda «İtlərin toyu»nda ifa edən Haqverdi Əliyev Aşıqlar Birliyindən qovuldu
E.NAZİMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Goranboydan sel keçib
Ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib
-
«Heç bir...»
İtinə toy edən iş adamı danışdı: «Dostum qayıtdı ki, gəl Cona deyək, guya itlərə toy edirik...»
-
«İnsanlar bizə paxıllıq edir»
Yeni ailə quran itlər «danışdı»: «Hər gün onun üçün üzüyuxarı hürürük»
-
İtlərinə toy edən iş adamı videonu yayan şəxsi məhkəməyə verir
Qalib Mustafayev: «O itlər o görüntüləri mətbuata sızdırandan şərəfli və etibarlıdırlar»
-
Gəl qadan alım, ay İsida...
Əvvəllər atlar öləndə itlər bayram edirdi, indi isə evlənirlər...
-
İtlərin bayramı…
... və ya Amonun və İsidanın dili ilə oxuyan aşıq
-
«İt demə, ol dəxi bizim birimiz»
Goranboylu oliqarx itlərinə məclis qurdu, «evləndirdi»
-
«Rayona çevriləcək...»
General Balasanyan erməniləri Talışa qaytarmaq planını açıqladı
-
«Faciəyə yol açır»
Deputatdan evin tək oğlunun cəbhəyə göndərilməsinə etiraz
-
ANAMA iş başında
Son 6 gündə 45 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib
-
«Salam, Vazgen!»
Erməni zabit: «Azərbaycan ordusu 40 km mövqelərimizi əzib keçdi...»
-
«Hamınız bizdə qalın...»
Şəhidin son mesajı, qəhrəmanlarımızı daha yaxından tanıyaq
-
Lələtəpə və Talış yüksəkliklərinin əhəmiyyəti nədir?
Hərbi ekspert: «Bu yüksəkliklər ordumuza imkan verir ki, bir neçə saata ...»
-
«Heç olmasa mənəvi şəhid verməyək»
«Cəmiyyətdə tolerant düşüncə qıtlığı var»
-
«Ölülərlə müharibə aparmırıq»
«Erməniləri vəhşiliklərini edə bilmərik»
-
«Bir saylı dərdimiz»
Ən effektiv yol güclü müttəfiq dövlət tapmaqdır
Goranboylu iş adamı Qalib Mustafayevin itlərinə toy etməsi media və sosiaıl şəbəkələrdə qınaq mövzusuna çevrilib. Lakin həmin «toy»da aşıq və balabançının ifası cəmiyyət tərəfindən ikinci irad ocağını közərtdi. Cəmiyyət, xüsusən də, ziyalı kəsim bu hərəkəti saz sənətinə təhqir kimi qəbul etdi.
Modern.az xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyi bu barədə xüsusi iclas keçirib və aşıqla balabançının kimliklərini müəyyənləşdirdikdən sonar qərar qəbul edilib. Məlum olub ki, sazda ifa edən ifaçı Məmmədov Şəmməd birliyin üzvü deyil. Lakin balabançı Haqverdi Əliyev qurumun üzvüdür və onun barəsində yekdil qərar qəbul edilib.
Modern.az Aşıqlar Birliyi katibliyindən daxil olan bəyanatını təqdim edir:
«Son günlər Azərbaycanın kütləvi informasiya vasitələrində yayılan xəbərdən məlum olur ki, Qalib Mustafayev adlı goranboylu iş adamı itlərinə toy eləyib. Bu hadisə haqlı olaraq mədəniyyət və incəsənət işçiləri, bütövlükdə ölkə ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb və kəskin qınaq obyektinə çevrilib. Azərbaycan Aşıqlar Birliyi də milli-mənəvi dəyərlərimizə zidd olan bu hadisəyə biganə qala bilməzdi. Çünki burada söhbət həm də həmin «toy»da bir «aşığın» iştirak etməsindən gedir. Bu olay Azərbaycan Aşıqlar Birliyin katibliyində müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Araşdırmamız nəticəsində məlum oldu ki, həmin «toy»da oxuyan «aşıq» Məmmədov Şəmməd Məmməd oğlu Azərbaycan Aşıqlar Birliyinin üzvü deyil, onun aşıq kimi heç bir fəaliyyətindən xəbərimiz yoxdur, yəni hər əlinə saz götürən hələ aşıq demək deyil.
Onu balabanda müşayiət edən Haqverdi Kərəm oğlu Əliyev isə təəssüf ki, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub.
Azərbaycan Aşıqlar Birliyinin katibliyi əlinə saz götürüb özünü aşıq adlandıran, əslində isə hərəkətləri ilə xalqımızın bu qədim və ölməz sənətini nüfüzdan salmağa xidmət edən Şəmməd Məmmədovun hərəkətlərini qətiyyətlə pisləyir və gələcəkdə belə nalayiq hərəkətlərə yol verməməyə çağırır. Birliyin üzvü olan Haqverdi Əliyev mənsub olduğu təşkilatın nizamnaməsini kobud surətdə pozduğuna, sənətə və sənətkara yaraşmayan hərəkətlərə yol verdiyinə görə Azərbaycan Aşıqlar Birliyinin üzvlüyündən xaric edilir.
Azərbaycan Aşıqlar Birliyi bəyan edir ki, bu sayaq hərəkətlər milli-mənəvi dəyərlərimizə, bu sənəti bizlərə miras qoymuş ustad aşıqlarımızın ruhuna sayğısızlıqdır və bu cür davranış və hərəkətlərə yol verən aşıqlara qarşı bundan sonra da sərt ölçü götürüləcək.
Bununla yanaşı, həmin «toy» məclisini təşkil edən iş adamı Qalib Mustafayevin hərəkətini də mədəniyyətimizə və milli-mənəvi dəyərlərimizə qarşı hörmətsizlik hesab edir və qınayırıq. Belə hərəkətlərlə gündəmə gəlməkdənsə, bir iş adamı kimi, sənətə qayğı və diqqət göstərməklə daha çox hörmət və nüfuz qazanmaq olardı».