
Heykəllərə yansıyan beynəlmiləlçiliyimiz...
UNESCO isə haqlı olaraq susur...
UNESCO isə haqlı olaraq susur...
Yaxud Rusiyanın mədəni işğal planı
Qusmanı da “əcinnə” kimi ovlayan Gebbelsin varisləri bir gün qan qusacaqlar
MEDİA və “Azərpoçt” MMC tərəfindən hazırlanan poçt markası dövriyyəyə buraxılıb
“Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda müzakirə
3-cü Şuşa Qlobal Media Forumunda növbəti panel
Forumun iştirakçıları Laçın şəhərinin görməli yerlərini gəziblər
Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
TDT-nin Media Şöbəsi mətbuat və media qurumlarının nümayəndələri bir araya gəlib
Laçında mövzusunda dəyirmi masa keçirilib
3-cü Şuşa Qlobal Media Forumunda ilk panel sessiyası
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Xankəndi 17-ci Zirvə Sammitinə ev sahibliyi edəcək
Ayaz Salayevə ithaf olunur...
Dağlıq Qarabağda Stepanakertdən (Xankəndindən) Şuşaya uçuşlar təşkil edilib. Virtualaz.org bildirir ki, bu barədə Novosti Armeniya məlumat yayıb.
Layihə rəhbəri Tiqran Çibuxçyanın sözlərinə görə, turizm hava gəzintiləri keçən həftədən ikiyerlik təyyarələr vasitəsilə həyata keçirilir. Uçuş vaxtı 20-25 dəqiqə təşkil edir, səfərin qiyməti isə 35 min dramdır (təxminən 70 dollar – virtualaz.org).
Yell Extreme Park tərəfindən həyata keçirilən layihənin ümumi maliyyələşdirilməsi 35 min dollar təşkil edib.
Uçuşları həyata keçirən şirkətin planlarında, həmçinin Azərbaycanın işğal edilmiş başqa əraziləri, məsələn, Qandzasar monastr kompleksi də var. Əsas baza Xankəndi aeroportunda yerləşir.
«Biz turizmi inkişaf etdirməyə çalışırıq, amma bütün turistlərimizə təklif edirik ki, A nöqtəsindən B nöqtəsinə çox yaxşı vəziyyətdə olan avtomobil yolları ilə gəlsinlər. Bu gün bizdə istər daxili, istərsə də xarici bazar üçün yeni və nadir turizm məhsullarını yaratmaq imkanı var», - deyə Çibuxçyan vurğulayıb.
O həmçinin əlavə edib ki, hazırda Azərbaycanla sərhəd rayonlarda Ermənistanın kiçik aviasiyası üçün Yerevandan uçuşların təşkili məqsədi ilə aeroportun yaradılması haqda məsələ müzakirə edilir. İndiki halda söhbət əsasən Tavuş vilayətinin Yenokavan kəndi haqda gedir.